Bunu edənlərə 2000 manat cərimə və həbs düşə bilər - VİDEO

Sosial şəbəkələrdə əxlaq normalarına zidd davranışlar inzibati məsuliyyət yarada bilər.
Avtosfer.az xəbər verir ki, bu barədə hüquqşünas Ramil Vəliyev sosial şəbəkə hesabında paylaşım edib. O bildirib ki, bir neçə il əvvəl aparıcı Tarix Əliyevin verilişində də bu mövzuya toxunaraq sosial şəbəkələrdə söyüş və nalayiq hərəkətlərin xırda xuliqanlıq kimi qiymətləndirilə biləcəyini qeyd edib:
“Bir neçə il əvvəl sosial şəbəkələrdə söyüş, əxlaq normalarına uyğun olmayan hərəkətlər xırda xuliqanlıq olaraq inzibati məsuliyyətə səbəb olduğunu bildirmişdim. Həmin vaxt qüvvədə olan İnzibati Xətalar Məcəlləsində açıq-aşkar sosial şəbəkə üzərindən xuliqanlıq edilməsi qeyd edilməmişdir.
Amma 2025-ci ilin dekabr ayında İXM edilmiş dəyişikliklərə əsasən, sosial şəbəkədə əxlaq normalarına zidd hərəkətlər edilməsinə görə 500-1000 manat cərimə və ya 1 aya qədər həbs, təkrar törədildikdə isə 1000-2000 manat cərimə və ya 2 aya qədər həbs nəzərdə tutulur”.
R.Vəliyev bildirib ki, bəzi şəxslər sosial şəbəkələrdə daha çox pul qazanmaq məqsədilə bu cür davranışlara yol verirlər:
“Həmin şəxslər ancaq öz maddi maraqlarına görə sosial şəbəkədə pul qazanmaq, tiktokda hədiyyə almaq üçün belə hərəkətlər edirlər, amma cəmiyyətdə necə fəsadlara səbəb olduqlarını, millətin mənəviyyatını düşünmürlər”./yeni.sabah
“Kəndlərdə əkin-biçin sahəsi qalmayıb, hamısı...” – Ekspert tıxacların səbəbindən danışdı
ABŞ və müttəfiqləri Çinin Yaxın Şərqdəki məsələlərdə vasitəçi olmasını niyə istəmir? – POLİTOLOQ
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Braziliyada rus dizelinə maraq göstərilmədi
Dublin görüşünün pərdəarxası: Bakı və İrəvan hansı razılaşmalara yaxınlaşır? - RƏY
Avropa ilə yeni əməkdaşlıq, Ermənistanla sülh: Dublində nələr müzakirə olundu? – AÇIQLAMA
Azərbaycanın qaz ixracında yeni hədəf: Avropaya nə qədər qaz satılacaq?
Britaniya ilə əməkdaşlıqda yeni hədəflər: Azərbaycan Avrasiyanın tranzit mərkəzinə çevrilir? – ŞƏRH
Orta Dəhlizin dayanıqlılığı üçün alternativ yollar niyə vacibdir? – ARAŞDIRMA
Bakı-Tbilisi qatarlarına tələbat niyə artıb? – EKSPERT - VİDEO
Bu yollarda tıxac var - SİYAHI












