Buranın yolları acınacaqlı vəziyyətdədir - VIDEO

Sabunçu rayonu, Balaxanı qəsəbəsində "Yeni Şəhərcik" adlanan yaşayış massivinin yolları acınacaqlı vəziyyətdədir. Hətta yaşayış massivinə avtobuslar da girmir. Buna görə sakinlər hər gün kilometrlərlə yol qət etməyə məcbur olurlar.
Avtomobillər yolda böyük çətinliklə hərəkət edir. Üstəlik yolda içərisi su ilə dolu dərin çalalar da var. Kadrlar paytaxtın Sabunçu rayonu,Balaxanı qəsəbəsindəki yeni şəhərcikdəndir. 1800-dən artıq yaşayış evinin olduğu şəhərciyin bütün yolları sözün əsl mənasında acınacaqlı vəziyyətdədir.
Sakinlərin deyirlər ki, yollar bu vəziyyətdə olduğuna görə, marşurut avtobusu da yaşayış massivinə girmir. Buna görə də sakinlər hər dəfə məcbur 3 kilometrə yaxın məsafəni piyada qət etməli olurlar. Sakinlərin sözlərinə görə bu yollarda qışda vəziyyət daha da acınacaqlı olur. Yağış çox yağdığından bu yollarda avtomobillərin və insanların hərəkəti daha da çətinləşir.
Məsələ ilə bağlı Balaxanı bələdiyəsnin sədri Vüsalə Səlimova bildirdi ki, sözügedən problemdən xəbərdardılar. Şəhərcikdə yolların əsaslı təmir edilməsi ilə bağlı artıq müəyyən işlər görülüb. Bakı Nəqliyyat Agentliyindən isə bildirildi ki, yaşayış massivində yollar normal vəziyyətə gətirildikdən sorna avtobusların şəhərciyin daxilinə hərəkəti qurum tərəfindən təmin ediləcək.
Bu yollarda tıxac var - SİYAHI
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI
“Azərbaycançılıq İnstitu”nun yaradılması təklif edilir; hansı istiqamətdə fəaliyyət göstərəcək? - AÇIQLAMA
Təcili xidmətlər vahid nömrədə birləşdirilsə, operativlik artacaq – DEPUTAT
YAP-dan türkiyəli siyasətçilərin açıqlamalarına CAVAB
Vahid məktəbli forması ilə bağlı ibrətamiz TARİXİ NÜMUNƏ – AÇIQLAMA
Dünyada ən çox avtomobil istehsal edən ölkələr açıqlandı – SİYAHI
“Sea Breeze”dən “28 May”a, Bibiheybətdən “Əhmədli”yə – Bakıda tramvay planı












