Bütün avtomobil yolları nəqliyyatın hərəkəti üçün açıqdır

Respublikanın bütün avtomobil yolları nəqliyyatın hərəkəti üçün açıqdır. Avtosfer.az xəbər verir ki, bu barədə Apa-ya Baş Dövlət Yol Polisi İdarəsindən ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev məlumat verib. O qeyd edib ki, Şəmkr-Gədəbəy və Gəncə-Qazax magistralında nisbətən buzlaşma müşahidə olunur. Buna baxmayaraq, respublikanın bütün istiqamətlərində yollar nəqliyyatın hərəkəti üçün açıqdır. K.Əliyev sürücülərə xüsusi qış təkərlərindən istifadə etməyi, nəqliyyat vasitələrini texniki baxışdan keçirməyi, qış üçün təkər və işıq faralarını uyğun hala gətirməyi, avtomobillərində zəncir, dartı kəndiri və s. lazımi avadanlıqların olmasını təmin etməyi, təqib məsafəsinə diqqət edərək məcbur qalmadıqca ötmə hərəkəti etməməyi, dumanlı hava şəraitində gündüz saatlarında yaxını göstərən faraları yandırmağı, “ABS” tormoz sistemləri ilə təchiz olunmayan köhnə avtomobillərdən istifadə etməməyi, nəqliyyat vasitələrinin hərəkət sürətini hava şəraitinə uyğun seçməyi tövsiyə edib.
K.Əliyev qeyd edib ki, ötən gün respublikanın avtomobil yollarında 6 yol-nəqliyyat hadisəsi baş verib ki, nəticədə 2 nəfər ölüb, 7 nəfər xəsarət alıb.
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY












