Bütün sərnişin avtobusları tam nəzarətə götürülüb - Bakıda

Bakıda sərnişinlərə xidmət göstərən bütün sərnişin avtobuslarında GPS sistemi quraşdırılıb. Yeni sistemin sayəsində Bakı Nəqliyyat Agentliyi (BNA) paytaxtda hərəkət edən bütün sərnişin avtobuslarına tam nəzarət edir.
Avtosfer.az xəbər verir ki, bu barədə "Report"a açıqlamasında BNA-nın ictimai əlaqələr və maarifləndirmə şöbəsinin rəhbəri Mais Ağayev bildirib.
"Hazırda bu sistem də sınaqdan keçirilir. Artıq heç bir sürücü və ya sahibkar heç bir şəkildə avtobusda quraşdırılmış GPS sisteminə kənardan müdaxilə edə bilməyəcək", - deyə M. Ağayev əlavə edib.
Onun sözlərinə görə, artıq sərnişinlər dayanacaqda gözlədikləri avtobusların nə zaman gələcəyini görə biləcəklər: "Məsələn, hazırda siz olduğunuz dayanacaqdakı monitorda ancaq həmin yoldan keçən avtobusları görə bilirsiniz. Yeni proqram sayəsində isə yaxın yollardan keçən avtobusları da görə bilərsiniz. BNA bu proqram çərçivəsində Nəqliyyatı İntellektual İdaretmə Mərkəzinin (NİİM) fəaliyyətini yüksək səviyyədə təşkil etməyi qarşısına məqsəd qoyub. Çalışırıq ki, əhali, şəhərə gələn turistlər bu sistemin xidmətindən lazımı səviyyədə istifadə edə bilsinlər".
Qeyd edək ki, BNA GPS sisteminin quraşdırılmasından sonra, növbəti mərhələdə dayanacaqlardakı texniki nasazlığı olan elektron məlumat lövhələrini müəyyən edərək, yaranan çətinlikləri aradan qaldırmağa başlayıb. Bu proses hazırda da davam edir.
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI












