Buzlaşma ilə bağlı "qaynar xətt" yaradıldı - FOTO

Bu gecə və sabah gözlənilən hava şəraiti ilə əlaqədar olaraq Bakı şəhərində "Azəravtoyol" ASC balansında olan yollarda, küçə və prospektlərdə, xüsusilə daha tez qar tutan və buzlaşan yollarda xidmət aparmaq üçün maşın-mexanizmlər hazır vəziyyətə gətirilib. "Azəravtoyol" ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Nəcəflinin Avtosfer.az-a verdiyi xəbərə görə, daha problemli sahələr nəzarətə götürülüb, öncədən həmin ərazilərə qar təmizləyən və duz-qum qarışığı səpən texnikalar çıxarılıb: “Anoloji tədbirlər respublikanın bütün avtomobil yollarında görülür. Atılacaq qabaqlayıcı addımlara baxmayaraq, sürücülərin də bu cür hava şəraitinə hazır olması da şərtdir. Onlardan xahiş olunur ki, nasaz avtomobillərlə, xüsusi ilə yay şinlər ilə (4 mövsüm) təchiz olunmuş avtomobillərlə yollara çıxmasınlar. Çünki həmin avtomobillərin hərəkətində problemlərin olması qaçılmazdır. Üstəlik onlar digər avtonəqliyyat vasitələri üçün də maneə törədərək yollarda sıxlığın və tıxacın yaranmasına gətirib çıxaracaqlar.
Belə olduqda isə yollarda yaranan sıxlıq və tıxac səbəbindən qar təmizləyən və duz-qum qarışığı səpən texnikaların da yollarda hərəkətində problemlər yaşanır. Nəticədə yolların vaxtında təmizlənərək hərəkətin fasiləsizliyini təmin etmək mümkün olmur.Hər bir halda az təcrübəyə malik sürücülərin də yollara çıxması tövsiyyə olunmur”.
A.Nəcəfli bildirib ki, respublikanın avtomobil yollarının, xüsusən dağlıq ərazilərdə enişli-yoxuşlu sahələrin və sərt döngələrin kənarlarına öncədən duz-qum qarışığından ibarət ehtiyyatlar toplanıb. Qeyri-sabit hava şəraitində idarə etdiyi avtomobilinin hərəkətinin çətinləşdiyini görən sürücülər, xüsusi maşın-mexanizmin əraziyə cəlb olunmasını gözləmədən sözügedən ehtiyyatlardan istifadə etməklə yollarına davam edə bilərlər.
Qeyd edək ki, avtomobil yollarında yarana biləcək hər-hansı bir problemlə bağlı 24 saat ərzində fəaliyyət göstərən (012) 599-79-75 nömrəli xüsusi telefon xəttinə, “Qaynar xətt”ə zəng edərək məlumat vermək mümkündür.
Emin
Azərbaycanın dəmir yolu ilə yük ixracındakı artımın səbəbləri nələrdir? - DEPUTAT - FOTO
Rusiyada Azərbaycan diasporunun rəhbəri saxlanılıb - VİDEO
Bu yollarda tıxac var - SİYAHI - FOTO - YENİLƏNİB
Bakıda gedişhaqqında dəyişiklik: 1 saat ərzində limitsiz nəqliyyat
Bakıdan İstanbula birbaşa qatar – Bu texnologiya artıq Azərbaycandadır - FOTO
Metroda məhdudiyyət fonunda yeni tədris ili: Universitetlər dərs qrafikini dəyişəcəkmi?
İsrailin Suriyadakı aviabazanı bombaladı; ABŞ administrasiyası hərəkətə keçdi - POLİTOLOQ
Paytaxtın bəzi küçələrində sıxlıq müşahidə olunur - FOTO - YENİLƏNİB
ABŞ - Azərbaycan münasibətləri region üçün nələr vəd edir? - POLİTOLOQ
Vətəndaş müştərisi olduğu bankın bankomatından pul çıxaranda komissiya tutulur - EKSPERT
Türkiyənin Qara dəniz layihəsi Azərbaycan üçün niyə vacibdir? – Ekspertdən AÇIQLAMA
















