Buzovna qayalığında növbəti iməcilik; sakinlər abidəni qorumağa çalışırlar – VİDEO

Buzovna qayalığında yerli sakinlərin təşəbbüsü ilə həyata keçirilən təmizlik aksiyaları davam edir.
Avtosfer.az xəbər verir ki, 2022-ci ilin aprel ayından etibarən müntəzəm şəkildə təşkil olunan aksiyaların sayca 85-cisi baş tutub.
Ümumdünya Ətraf Mühitin Mühafizəsi Günü ərəfəsində keçirilən növbəti iməcilikdə Buzovna sakinləri ilə yanaşı, ətraf qəsəbələrin fəalları və Buzovna bələdiyyəsinin nümayəndələri də iştirak ediblər.
İştirakçılar uzun illər ərzində qayalıq ərazidə qalmış tikinti qalıqlarının təmizlənməsi işlərini həyata keçiriblər. Təmizlik işləri əsasən əl əməyi hesabına görülüb. Könüllülər qayalıqları zəbt etmiş qanunsuz tikililərdən qalan daş, beton və metal konstruksiya qalıqlarını hissələrə ayıraraq ərazidən çıxarıblar.
Aksiya iştirakçılarının sözlərinə görə, ağır texnikanın istifadəsi qayalıq landşaftına və təbii mühitə zərər verə biləcəyindən, təmizləmə işləri illərdir əsasən əl üsulu ilə aparılır. Bu isə prosesin daha çox vaxt və fiziki əmək tələb etməsinə baxmayaraq, təbii irsin qorunmasına imkan yaradır.
Qeyd olunur ki, həyata keçirilən fəaliyyət təkcə növbəti təmizlik aksiyası deyil, həm də Buzovna qayalığının tarixi və təbii dəyərlərinin qorunmasına yönəlmiş ictimai təşəbbüsün tərkib hissəsidir. İştirakçılar sahil zolağının qanunsuz tikililərdən təmizlənməsi və ictimai istifadəyə açıq saxlanılması istiqamətində mübarizənin davam etdiyini bildirirlər.
Təşkilatçıların məlumatına görə, son aksiya ilə bağlı xüsusi videoçarx da hazırlanıb. Video həm 85-ci iməciliyin nəticələrini əks etdirir, həm də Buzovna qayalığında həyata keçirilən uzunmüddətli ekoloji təşəbbüsü beynəlxalq auditoriyaya təqdim etməyi hədəfləyir.
Qeyd edək ki, 2022-ci ilin aprel ayından bəri davam edən aksiyalar nəticəsində qayalıq ərazidən böyük həcmdə tikinti tullantıları, beton qalıqları və digər məişət tullantıları təmizlənib. Təşəbbüs yerli sakinlərin ətraf mühitin mühafizəsinə yönəlmiş ən davamlı və genişmiqyaslı ictimai fəaliyyətlərindən biri kimi qiymətləndirilir.
Eltac Zülfüqaroğlu
TƏBİB Bahadur Rzayevə həvalə olundu
Avtomobildə qanunsuz reklama görə cərimə belə olacaq – YENİ QANUN
Maşında telefondan istifadə edənlər kamera ilə cərimə ediləcək - YENİLİK
Azərbaycanda ət bahalaşır: Yerli istehsal niyə tələbatı ödəmir? – AÇIQLAMA
İlham Əliyev VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundan paylaşım edib - VİDEO
Türkiyədən gətirilən məhsullar gömrük güzəştlərinə baxmayaraq niyə bahalaşır? – AÇIQLAMA
Bakıda hər il 300-ə yaxın ekoloji təmiz avtobus istismara verilir – EKSPERT - VİDEO
Avtobus sürücülərinin sərnişinlərdən “küsmə”sinin səbəbi nədir? - AÇIQLAMA
Avtomobillə işə gedənlərə PİS XƏBƏR!
Hindistanlı nazirə görə Özbəkistanın XİN başçısı da Bakıya gəldi - POLİTOLOQ
Süni intellektin biznesə zərəri xeyrindən çoxmuş












