Buzovna sakinləri günlərdir niyə susuz qalıb? – Rəsmi AÇIQLAMA

Buzovna qəsəbəsi, Zuğulba ərazisində sakinlər günlərdir ki, susuzluqdan əziyyət çəkirlər. Avtosfer.az "Bizim.Media"ya istinadən xəbər verir ki, bu barədə ərazidə yaşayan sakinlərdən redaksiyamıza şikayətlər daxil olub. Sakinlərin sözlərinə görə Rasim İmanov küçəsindəki mənzillərə ayın 14-dən su gəlmir. Ondan öncəki günlərdə isə su ya təzyiqsiz verilib, ya da heç verilməyib. Sakinlər dəfələrlə İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin qaynar xəttinə müraciət etsələr də, problem həll olmayıb. Sakin Günel Mirzəyeva deyib ki, dünən qaynar xətdən onlara deyilib ki, bu gün günün birinci yarısına qədər su veriləcək. Amma su hələ də verilmir. Bəs yayda əsas istirahət zonalarından biri sayılan Buzovnanın susuz qalmasının səbəbi nədir
Vətəndaşların müraciətləri niyə nəticəsiz qalır?
Məsələ ilə əlaqədar İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinə sorğu ünvanladıq. Qurumdan verilən açıqlamada bildirilib ki, problem təzyiqlə bağlıdır. “Qeyd olunan ünvanda su təchizatında təzyiqlə bağlı müvəqqəti çətinliklər müşahidə olunur. Məsələ ilə bağlı müvafiq rayon sukanal idarəsinin mütəxəssisləri tərəfindən səbəblər araşdırılır və problemin aradan qaldırılması istiqamətində zəruri tədbirlər görülür. Tezliklə abonentlərin su təchizatı əvvəlki rejim üzrə bərpa olunacaq”,-deyə məlumatda bildirilib.
Məsələni diqqətdə saxlayacağıq.
“Kəndlərdə əkin-biçin sahəsi qalmayıb, hamısı...” – Ekspert tıxacların səbəbindən danışdı
ABŞ və müttəfiqləri Çinin Yaxın Şərqdəki məsələlərdə vasitəçi olmasını niyə istəmir? – POLİTOLOQ
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Braziliyada rus dizelinə maraq göstərilmədi
Dublin görüşünün pərdəarxası: Bakı və İrəvan hansı razılaşmalara yaxınlaşır? - RƏY
Avropa ilə yeni əməkdaşlıq, Ermənistanla sülh: Dublində nələr müzakirə olundu? – AÇIQLAMA
Azərbaycanın qaz ixracında yeni hədəf: Avropaya nə qədər qaz satılacaq?
Britaniya ilə əməkdaşlıqda yeni hədəflər: Azərbaycan Avrasiyanın tranzit mərkəzinə çevrilir? – ŞƏRH
Orta Dəhlizin dayanıqlılığı üçün alternativ yollar niyə vacibdir? – ARAŞDIRMA
Bakı-Tbilisi qatarlarına tələbat niyə artıb? – EKSPERT - VİDEO
Bu yollarda tıxac var - SİYAHI












