Buzovnada məktəb yolu təhlükə saçır: Piyadalar vurulur, cavabdeh yoxdur - VİDEO

Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində, Ağaəmi Rəhimov küçəsində, (322 saylı orta məktəbin qarşısında) yerləşən yol uzun müddətdir təhlükəli vəziyyətdədir. Bu barədə Avtosfer.az-ın qaynar xəttinə ərazidə yaşayan izləyici məlumat verib.
Onun sözlərinə görə, yolda təxminən yarım metr dərinliyində çuxurlar var, ərazidəki işıq dirəkləri isə işləmir. Bu səbəbdən xüsusilə axşam saatlarında sürücülər yolu görməkdə çətinlik çəkir, piyadalar üçün isə real təhlükə yaranır.
“Bu yolda dəfələrlə yol-nəqliyyat hadisəsi baş verib, bir neçə dəfə də məktəbliləri avtomobil vurub. Uşaqlar hər gün bu yoldan istifadə edir, amma heç bir təhlükəsizlik tədbiri görülmür”, – deyə izləyici bildirir.
O bildirib ki, məsələ ilə bağlı Buzovna Bələdiyyəsinə müraciət edilsə də, qurum yolun onların balansında olmadığını deyərək məsuliyyəti üzərindən atır. Nəticədə problem həll olunmadan qalır.
İzləyici aidiyyəti qurumlardan məktəbin qarşısındakı yolun təmirini, işıqlandırmanın bərpasını və uşaqların təhlükəsizliyinin təmin olunmasını xahiş edir.
Nərmin
Ramazan ayının iyirmi beşinci gününün duası - İmsak və iftar vaxtı
Prezident TƏSDİQLƏDİ: Aprelin 1-dən qüvvəyə minəcək
Benzinin qalxması elektromobillərə marağı artır – ABŞ-də
Bu gecə Yer kürəsi vurulacaq - XƏBƏRDARLIQ
Qazla işləyən avtobus sürücülərinə pulsuz yemək verilir? – RƏSMİ AÇIQLAMA
Piyadalar keçidlərdən niyə istifadə etmirlər? - Aeroport yolunda "ölüm yarışı" - VİDEO
Bir piyadaya görə 60 nəfər dayanır - Ekspert
Ramazan ayının iyirmi dördüncü gününün duası - İmsak və iftar vaxtı
"Maşın oğurluqdur" deyib əlindən aldı, sonra yenidən özünə satdı - Bakıda qəribə dələduzluq - VİDEO
Alman avtomobil nəhəngi müdafiə sənayesi üzrə də fəaliyyət göstərəcək - RƏSMİ
Uşağı döyən valideyn 200 manat cərimələnəcək, bəs sonra? - EKSPERT RƏYİ










