Cahangir Əsgərov kollegiyanın tərkibindən çıxarıldı

"Silk Way Holding" MMC-nin prezidenti Zaur Axundov və "Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) prezidenti Cahangir Əsgərov Dövlət Mülki Aviasiya Administrasiyasının Kollegiyasının tərkibindən çıxarılıb. Avtosfer.az-ın APA-ya istinadən məlumatına görə, bu, Nazirlər Kabinetinin "Dövlət Mülki Aviasiya Administrasiyasının kollegiyasının tərkibi haqqında" Nazirlər Kabinetinin 2008-ci il 16 iyul tarixli 159 nömrəli qərarında dəyişiklik edilməsi barədə” 2 sentyabr tarixli qərarında əksini tapıb. Qərara əsasən Dövlət Mülki Aviasiya Administrasiyasının yeni tərkibi təsdiqlənib. Qərara əsasən Kollegiyanın sədri Dövlət Mülki Aviasiya Administrasiyasının direktoru Arif Məmmədov, Kollegiyanın üzvləri Dövlət Mülki Aviasiya Administrasiyası direktorunun müavini Hacıağa Əliyev, Dövlət Mülki Aviasiya Administrasiyasının direktorunun müavini Hacıağa Hacıyev, Aviasiya və hava məkanından istifadə üzrə Dövlətlərarası Şuranın icraçı direktoru Eldar Bağırzadə, Dövlət Mülki Aviasiya Administrasiyasının xarici əlaqələr şöbəsinin müdiri Samir Bağırov, Dövlət Mülki Aviasiya Administrasiyasının lisenziyalaşdırma və reyestrlərin aparılması şöbəsinin müdiri Fariz Əliyev, Dövlət Mülki Aviasiya Administrasiyasının aviasiya təhlükəsizliyi şöbəsinin müdiri Mübariz Əliyev, Dövlət Mülki Aviasiya Administrasiyasının uçuşların təhlükəsizliyinə nəzarət şöbəsinin müdiri Muxtar Kərimov, Dövlət Mülki Aviasiya Administrasiyasının mütəxəssisi-hüquq məsləhətçisi Ələsgər Abdullayev təyin ediliblər.
Kollegiyanın yeni üzvləri sırasında Aviasiya və hava məkanından istifadə üzrə Dövlətlərarası Şuranın icraçı direktoru Eldar Bağırzadə yer alıb.
Qərar imzalandığı gündən qüvvəyə minib.
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI
“Azərbaycançılıq İnstitu”nun yaradılması təklif edilir; hansı istiqamətdə fəaliyyət göstərəcək? - AÇIQLAMA
Təcili xidmətlər vahid nömrədə birləşdirilsə, operativlik artacaq – DEPUTAT
YAP-dan türkiyəli siyasətçilərin açıqlamalarına CAVAB












