Cahangir Əsgərovun fəaliyyətində nöqsanlar aşkarlandı

Azərbaycan Respublikası Hesablama Palatasının Kollegiyası müvafiq qanunvericiliyin tələblərinə uyğun olaraq "Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin maliyyə-təsərrüfat fəaliyyətinin auditinin nəticələri üzrə Hesabatı müzakirə edərək təsdiq edib. Avtosfer.az xəbər verir ki, Hesablama Palatası 2017-ci ilin İş Planı üzrə "Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətində həyata keçirilmiş auditin nəticələrini açıqlayıb: "Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin maliyyə-təsərrüfat fəaliyyətinin auditi ilə maliyyə hesabatlarının ictimailəşdirilməsi, gəlirlər və xərclər smetalarının tərtib olunması və aidiyyəti dövlət qurumları ilə razılaşdırılması, fəaliyyətin zərərlə nəticələnməsinin qismən aradan qaldırılması imkanlarından istifadə olunması, vergilərin və digər icbari ödənişlərin hesablanması və ödənilməsi, bəzi aktivlərin istifadə vəziyyəti ilə əlaqədar uçot və hesabatlılıq işlərinin aparılması, dövlət əmlakının istifadəyə verilməsi üzrə icarə haqqlarının müəyyənləşdirilməsi, daxili audit sisteminin funksionallığının təmin olunması sahəsində bir sıra nöqsanlar aşkar edilib, eləcə də kommersiya fəaliyyətindən daxilolmalar, əsaslı vəsait qoyuluşu xərcləri hesabına dövlət büdcəsindən ayrılan vəsaitlər və cəlb olunan kredit vəsaitlərinin əsasən eyni hesablaşma hesabına mədaxil edilərək xərclənməsi müşahidə olunmuşdur ki, bu da vəsaitlərin təyinatı üzrə istifadəsində müəyyən risklərin yaranmasına səbəb olub.
Auditlə həmçinin, avans qaydasında ödənişlərin həyata keçirilməsi səbəbindən əvvəlki illərdən qalan uzunmüddətli debitor borcların mövcud olması və əsasən hava gəmilərinin alınması ilə əlaqədar maliyyə-kredit təşkilatları qarşısındakı kreditor borcların artmasının likvidlik qabiliyyətinə mənfi təsir göstərməsi müəyyən edilib.
Hesablama Palatasının Kollegiyası tərəfindən nöqsan və çatışmazlıqların əsasən audit dövründə aradan qaldırıldığı nəzərə alınmaqla digər kənarlaşmaların qısa müddət ərzində aradan qaldırılması və həyata keçirilmiş tədbirlər barədə məlumat verilməsi məqsədilə "Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinə Kollegiya Qərarının surəti və Təqdimat, səlahiyyətləri çərçivəsində tədbirlərin görülməsi üçün müvafiq icra hakimiyyəti orqanlarına məktublar göndərilib, eləcə də qanunvericiliklə müəyyən edilmiş qaydada Milli Məclisə məlumat təqdim edilib.
Emin
Bakı yollarında tıxac belə həll olunacaq - DETALLAR
Paytaxtın 16 küçəsində sıxlıq var - SİYAHI
Bakı-Ələt yolunda körpünün bir hissəsi çökdü; uzun tıxac yarandı - FOTO - VİDEO
Dəmir yollarında üztanıma ilə ödəniş təhlükəsizliyi artıracaq - Ekspert - VİDEO
Prezidentdən Zəngəzur dəhlizi ilə bağlı AÇIQLAMA
Sosial şəbəkələrin psixologiyaya təsiri: “İnsanlar başqası olmağa çalışır”
Onlayn kreditlər niyə populyarlaşıb? – Ekspertdən AÇIQLAMA
Şəhərin mərkəzində çəkilən qeyri-adi qoşa xətt narazılıq doğurur - VİDEO
Pakistanın vasitəçiliyi nəticə vermədi: ABŞ–İran xəttində gərginlik artır – POLİTOLOQ
Azərbaycanın tranzit əhəmiyyəti artır: Ağrı dağı ətrafı yollar... - EKSPERT
Bu ölkədə yenidən qurban kəsməyə icazə verildi - FOTO








