Banner

“Caliber”: Rusiya hərbi texnikasını Qarabağdan çıxarır - VİDEO

Gündəm 27 Mart 2022 15:13 Oxunub 1022
“Caliber”:  Rusiya hərbi texnikasını Qarabağdan çıxarır  - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Rusiyanın Abxaziya və Gürcüstanın Sxinvali bölgəsindən qoşunlarını çıxarması artıq hamıya məlumdur.

“Caliber”in təqdim etdiyi eksklüziv kadrlarda Laçın dəhlizi vasitəsilə Qarabağ bölgəsindəki sülhməramlıların müvəqqəti məsuliyyət zonasından Rusiya texnikasının çıxarılması prosesini müşahidə edə bilərsiniz.

Yalnız martın 26-da qeydə alınan bu görüntülərdə rusiyalıların 4 ədəd “UAZ patriot”, 1 ədəd “Tiqr”, 3 ədəd “KamAZ” (kunq, təmir maşını və yanacaq daşıyan maşın), bir “Ural” və bir QAZ-66 çıxardıqları əks olunub.

Bütün bunların fonunda Qarabağdakı rus kontingentinin sayının artırılması xahişi ilə ermənilərin Putinə məktub yazmaları yalnız gülüş doğura bilər.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh