“Camaat suyu şırhaşır açır” deyən deputatın 10 minlik çantası - VİDEO

Aparıcı Sevinc Telmanqızı Milli Məclisin deputatı Hicran Hüseynovanı sərt tənqid edib.
Avtosfer.az Musavat.com-a istinadən xəbər verir ki, Telmanqızı rayon camaatını israfda ittiham edən deputatın 10 min manatlıq çantasına diqqət çəkib.
Qeyd edək ki, bir neçə gün öncə Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) həsr olunmuş “Su və gender bərabərliyi” mövzusunda konfransda qalmaqala səbəb olan açıqlama ilə çıxış edib:
“Rayonlarda görürsən ki, suyu şırhaşır açırlar. Bir tərəfdən isə deyirik ki, su qıtlığı var, digər tərəfdən də belə edirlər. Məişətdə hansısa qadın sudan istifadə edir, halbuki evlərdə sayğaclar var, fikirləşmirlər ki, suyu açdımsa, bağlamalıyam. Maddi cəhətdən problem yaratsaydı, su israfını düşünərdilər. Çağırış etmirəm ki, qiyməti qaldıraq. Sadəcə, maarifləndirmə lazımdır. Ölkədə bu məsələyə ciddi diqqət var. Xüsusi istiqamət təyin olunub”.
Ətraflı videoda:
Muğanlı-İsmayıllı yolunda mühafizə zolağında sürüşmə olub - AAYDA - VİDEO
21 Mart - Beynəlxalq Novruz Günüdür
Elektrikmobillərini binalarda şarj edənlərə XƏBƏRDARLIQ
Prezident Novruz bayramı münasibətilə paylaşım etdi - FOTO
Dizellə bağlı rəsmi məlumat
Azərbaycana yaz fəsli daxil olub
İnsanların sıx toplaşdığı ərazilərdə nəzarət daha da artırılıb - DİN - FOTO - VİDEO
Bakıda piyadalar üçün çıxılmaz vəziyyət: Zolaq yarıda kəsilir - VİDEO
Baharın müjdəçisi və türk dünyasının birlik bayramı - NOVRUZ
Maşına quraşdırılan əlavə avadanlıqlar mühərrikə necə təsir edir? - ARAŞDIRMA
MSK sədri və Milli Məclisin spikerinin aylıq vəzifə maaşı artırılıb










