“Cangüdənləri, maşınları var” - Partiya rəhbərlərindən danışdılar

Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Siyavuş Novruzov bir sıra siyasi partiyaların maliyyə mənbələrini gizlətməsindən danışıb. Avtosfer.az xəbər verir ki, o çıxışında qeyd edib ki, hər bir məsələnin mərkəzində maliyyə dayanır: “Əgər maliyyə təminatı olursa bu və ya digər şəkildə cinayətə əl atmış olurlar. Biz həm siyasi partiyaların, həm QHT-lərin maliyyələşməsi ilə bağlı bəzi qanunlara baxmalıyıq. Baş Prokurorluq bu yaxınlarda açıqladı ki, bəzi siyasi partiyalar maliyyə mənbələri haqqında məlumat vermirlər. Biz vaxtilə bir sıra qanunlara dəyişiklik etdikdə Avropa strukturları və mətbuat bizim haqqımızda yazılar yazmağa başladı. Bu yaxınlarda bir partiya sədrinin müavini bir il ərzində neçə dəfələrlə başqa ölkələrə səfərlər etməsi, banklardan pul çıxarması məsələsi gündəmə gəldi. Kim öz nizamnamə tələblərindən çıxırsa, onun haqqında da çox ciddi şəkildə qərar qəbul etməliyik. Partiyalar maliyyə hesabatından “0” rəqəmi göstərirlər. Amma görürsən ki, aparatında kifayət qədər adam çalışır, cangüdənləri, maşınları var. Ona görə də bəzi qanunlarda sərtləşdirmə aparmalıyıq”.
Elməddin
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












