"Cangüdənləri necə saxlayır, xarici avtomobilləri necə alırlar?"

"Uzun illər özünü müxalifət adlandıran, qanunvericiliyə uyğun qeydiyyatdan keçməyən həm siyasi partiyalar, həm QHT-lər qanunvericiliyin tələblərini, xüsusən maliyyə şəffaflığı sahəsində tələbləri pozublar". Avtosfer.az-ın APA-ya istinadən məlumatına görə, bunu baş prokuror Zakir Qaralov deyib. Baş prokuror bildirib ki, partiyalar Mərkəzi Seçki Komissiyasına, QHT-lər Maliyyə Nazirliyinə aldıqları qrantlar, beynəlxalq təşkilatlardan aldıqları pullar barədə məlumatlar verməlidir: "Onlar uzun illərdir, bu barədə müvafiq məlumatlar təqdim etmirdi. Biz məcbur olduq ki, bir sıra ciddi tədbirlər görək ki, onları qanuna dəvət edək. Bu sahədə qanun təkmilləşəndən sonra, onlar hər hansı qeyri-qanuni yolla Azərbaycanda bu vəsaiti ala bilmirlər. Həmin QHT-lər və partiyalar digər ölkələrdə şəxsi hesablar açmaqla, ölkəyə qanunsuz maliyyə gətirmək istəyir. Bunun qarşısı tam ciddiliklə alınır və alınacaq. Bu insanlar on illərlə ictimai işlərlə məşğul olmadıqları, hər hansı qurumlarda işləmədikləri halda cangüdənləri necə saxlayır, xarici avtomobillər alırlar? Nə üçün onlar maliyyə hesabatı vermirlər? Məsələn, Yeni Azərbaycan Partiyası müvafiq hesabat verir. Qeyri-qanuni fəaliyyət göstərən qurumlar isə qanunun aliliyindən danışır, ancaq bu cür qanunsuz qrant korrupsiyasına qoşulurlar. Həmin qeyri-qanuni mənbələr bizim tərəfimizdən müəyyən ediləcək. Artıq vaxt çatıb ki, bu qurumların tam maliyyə mənbələri tam ciddi şəkildə geniş miqyasda yoxlanılsın".
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












