"Cavab verəcəksiniz" - Elza iti sürüyən oğlanlara əsəbləşdi

“Biabırçı bir hərəkətdir... Xarici ölkələrdə tez-tez oluruq. Orada heyvanlara necə dəyər verirlər. Azərbaycanda iki gəncin bir iti maşına bağlayıb sürüməsi ayıbdır”. Bu sözləri Axşam.az-a açıqlamasında əməkdar artist Elza Seyidcahan deyib. Sosial şəbəkədə iki gənc oğlanın itin boynuna zəncir bağlayaraq, maşının arxasıyla sürüyən videosu yayılıb.
E.Seyidcahan bildirib ki, bu oğlanlara ən ağır cəza verilməlidir: “Deyirlər axirət var. Biz indi bu cür şeyləri görərək, axirəti yaşayırıq. O iki gəncə bir qadının yaxınlaşıb nəsə deməyi, irad bildirməsi düz deyildi. Onların özlərinin düşüncəsi olmalıydı. Onlar Allah qarşısında cavab verəcəklər. Hələ bir eynəyi də taxıblar gözlərinə... Bu bizim xalqımıza yaraşmayan hərəkətdir. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva heyvanlara qayğı göstərir, onlar üçün sığınacaqlar düzəltdirir. Biz özümüz sahibsiz heyvanlara qayğı göstərməliyik. İstəyərdim ki, heyvanların hərəsini bir ailə götürüb saxlasın...
Heyvan heyvanlığı ilə öz yiyəsini tanıyır, ona sadiq olur. Bir canlı ki, bizə xidmət edir, onu necə belə sürümək olar?
O gənclər fikirləşir ki, it sürünməli, döyülməlidir. Ay insanlar, itlər bizi qoruyurlar. Cəbhədə ordumuzun yanında bu dil-ağzı olmayan itlər dayanır. Onları necə incidirsiniz?".
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












