Cavid Qurbanov Astanada - FOTOLAR

Astanada "Nəqliyyat infrastrukturunun inkişafı, Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu üzrə daşımaların səmərəliliyinin və rəqabətə davamlılığının artırılması" mövzusunda dəyirmi masa keçirilib. Tədbirdə “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanovun rəhbərlik etdiyi nümayəndə heyəti də iştirak edib. “Transxəzər Beynəlxalq Nəqliyyat marşrutu” Beynəlxalq Assosiasiyasının təşkil etdiyi müzakirələrdə Qazaxıstan, Azərbaycan, Gürcüstan, Ukrayna, Çin, Türkiyə, Polşa, Latviya, Litva, Rumıniya, Bolqarıstan və Moldovanın 80-dən çox dəmir yolu, liman administrasiyası, nəqliyyat assosiasiyası, gəmi və nəqliyyat-logistik şirkətlərinin rəhbərləri və nümayəndələri iştirak ediblər.
Dəyirmi masada qazaxıstanlı və xarici mütəxəssislər mütəmadi konteyner servisinin inkişafını, Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu üzrə daşımaların imkanlarını və perspektivlərini, Bakı-Tbilisi-Qars dəmiryolu xəttinin icra vəziyyətini, eləcə də liman infrastrukturunun genişləndirilməsini müzakirə ediblər. “Arkas Logistics Services Group” şirkətinin vitse-prezidenti M.Çiper yüklərin TBNM vasitəsilə, intermodal nəqliyyat və liman əlaqələrindən istifadə etməklə, Türkiyəyə daşınma imkanlarını yüksək qiymətləndirib. Dəyirmi masanın yekunlarına dair “Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu” Beynəlxalq Assosiasiyasıyla Çinin Nəqliyyat və Kommunikasiya Assosiasiyası arasında əməkdaşlıq haqqında memorandum imzalanıb.
Həmin gün “Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu” Beynəlxalq Assosiasiyası təsisçilərinin ümumi yığıncağı keçirilib. Yığıncaq zamanı TBNM üzrə əvvəlki tariflərə yenidən baxılması və yeni tariflərin (o cümlədən, Ukrayna, Qara Dəniz limanlarının istifadəsi nəzərə alınmaqla) təsdiqlənməsi məsələləri müzakirə olunub.
Ümumi yığıncağın qərarı ilə Assosiasiyaya “PKP Genişizli metallurgik yol” MMC (Polşa) yeni assosiativ üzv kimi qəbul edilib.
Emin
Daşkənd hava limanında Prezident İlham Əliyevin qarşılanması üçün hazırlıq işləri aparılır - VİDEO - YENİLƏNİB
İlham Əliyevin səfəri öncəsi Daşkənd səmasında dron şousu - VİDEO
Bakıda maşın sürmək lüksə çevriləcək? – “Tıxac vergisi” ilə bağlı AÇIQLAMA
Azərbaycanın dəmir yolu ilə yük ixracındakı artımın səbəbləri nələrdir? - DEPUTAT - FOTO
Rusiyada Azərbaycan diasporunun rəhbəri saxlanılıb - VİDEO
Bu yollarda tıxac var - SİYAHI - FOTO - YENİLƏNİB
Bakıda gedişhaqqında dəyişiklik: 1 saat ərzində limitsiz nəqliyyat
Bakıdan İstanbula birbaşa qatar – Bu texnologiya artıq Azərbaycandadır - FOTO
Metroda məhdudiyyət fonunda yeni tədris ili: Universitetlər dərs qrafikini dəyişəcəkmi?
İsrailin Suriyadakı aviabazanı bombaladı; ABŞ administrasiyası hərəkətə keçdi - POLİTOLOQ
Paytaxtın bəzi küçələrində sıxlıq müşahidə olunur - FOTO - YENİLƏNİB












