Cavid Qurbanov "Avstriya Dəmir Yolları"nın baş direktoru ilə görüşdü - FOTO

Avstriyanın Vyana şəhərində“Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanovla "Avstriya Dəmir Yolları" Səhmdar Cəmiyyətinin baş direktoru Andreas Mathe arasında görüş kecirilib. Görüşdə Bakı-Tbilisi -Qars dəmir yolu marşrutu ilə yüklərin Cindən Avropya və əks istiqamətə daşınma imkanları müzakirə olunub.
“Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov çıxış edərək Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutu, “Şimal-Cənub”, Cənub-Qərb nəqliyyat dəhlizləri və xüsusilə də keçən ilin oktyabrında açılışıolan Bakı-Tbilisi-Qars dəmir yolu bağlantısı barədə də ətraflı məlumat verib. Bildirib ki, bu dəmir yolu Asiyanı Avropa ilə birləşdirəcək.Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu dəmir yolunun açılış mərasımındə bildirib ki, bu dəmir yolu üç ölkəni və qitələri birləşdirir. Bu layihəyə qoşulmaq marağı, ilk növbədə, Türkmənistan, Qazaxıstan, Əfqanıstan, Pakistan, Çin və Hindistandan gəlib. Orta Asiya ölkələri bu layihəyə böyük maraq göstərir. Bakı-Tbilisi-Qars yeni dəmir yolu xətti Trans-Avropa və Trans-Asiya dəmir yolu şəbəkələrinin birləşdirilməsinə, yük və sərnişinlərin birbaşa Azərbaycan, Gürcüstan və Türkiyə ərazilərindən keçməklə, Avropa və Asiyaya çıxarılmasına, region ölkələrinin tranzit potensialının artmasına xidmət edir.
Qurbanovla "Avstriya Dəmir Yolları" Səhmdar Cəmiyyətininbaş direktoru Andreas Mathe çıxış edərək Azərbaycanın nəqliyyat-logistik imkanlarının genişlənməsini, 2017-ci il oktyabrın 30-da Bakı-Tbilisi-Qars dəmir yolunun istifadəyə verilməsini və digər beynəlxalq nəqliyyat dəhlizlərininreallaşması istiqamətində Azərbaycanda görülən işləri yüksək qiymətləndirib.
İkitərəfli əməkdaşlıq əlaqələrinin bundan sonra daha da genişləndirilməsi qərara alınıb.
Emin
Avtomobili yolda xarab olan sürücülər mütləq bunu etməlidir, yoxsa... — AÇIQLAMA
Bələdiyyənin yolu bütövlükdə asfaltlamaq əvəzinə yamaq vurması GÜNDƏM OLDU - FOTOSESSİYA
Qızı faciəli şəkildə ölən tanınmış vəkil danışdı: "Nasaz maşını niyə sürürsən axı?!" - VİDEO
Qonşu ölkədə təkər idxalı ilə bağlı yeni mərhələ başladı – RƏSMİ
Zəhranın öldüyü qəzada adı hallanan sürücünü hansı CƏZA gözləyir?
Bakıda torpaqların bahalaşması mənzil qiymətlərinə təsir edəcək? - AÇIQLAMA
Su mənbələrindən istifadəyə görə ödənişlər ölkəyə necə təsir edəcək? - AÇIQLAMA
Anbarda gizlədilən 4 milyon manatlıq avtomobil hissələri ələ keçirildi – FOTO
Belə müdaxilələr binanın görünüşünə zərər verir - Memardan XƏBƏRDARLIQ - FOTO
Nabran yolu nə vaxt açılacaq? - FOTO
Rusiya hökuməti aşağı keyfiyyətli yanacaq istehsalına icazə verdi – BİZƏ TƏSİRİ












