Cavid Qurbanov: "Azərbaycan regionda lider dövlətə çevrilib"

Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 25-ci ildönümü ilə bağlı ölkəmizin Çin Xalq Respublikasındakı (ÇXR) səfirliyində təntənəli tədbir keçirilib. "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin Mətbuat Katibliyinin rəisi Nadir Əzməmmədovun Avtosfer.az-a verilən məlumata görə, tədbirdə Çinin xarici işlər nazirinin köməkçisi Kon Suanyou, “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov, ölkəmizin Çin Xalq Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Lətif Qəndilov, bu ölkədə yaşayan soydaşlarımız və yerli ictimaiyyətin nümayəndələrinin iştirak ediblər.
Mərasimdə “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov çıxış edib. O, 1991-ci ildə qazanılan müstəqilliyin xalqımız üçün çox böyük əhəmiyyət daşıdığını deyərək, Azərbaycanın keçdiyi inkişaf yolundan bəhs edib.
Azərbaycanın Prezidenti İlham Əliyevin rəhbərliyi ilə regionda lider dövlətə çevrildiyini, dünyada nüfuzunun xeyli artdığını vurğulayan C.Qurbanov, dövlət başçısının Çin ilə əlaqələrin inkişafına göstərdiyi diqqətdən danışıb. Bildirib ki, son vaxtlar Azərbaycan və Cin dəmir yolları arasında əlaqələr daha da genişlənməkdədir. Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutunun fəaliyyətinin genişləndirilməsində Cin dəmiryolçularının əvəzsiz xidmətləri var.
Prezident İlham Əliyev AQEM-in Zirvə Görüşündən paylaşım edib - VİDEO
Qanunda dəyişiklik; erkən evliliklə bağlı qaydalar sərtləşdirilməlidir? – SORĞU – VİDEO
Özbəkistanda maraqlı qayda: Erkən nikahla bağlı məlumat ver, pul qazan
Yasamalda səkilər niyə genişləndirilmir? – RƏSMİ AÇIQLAMA
Dövlət və özəl sektorda iş saatları dəyişdirilə bilər? – Deputatdan TƏKLİF
Bakıda AQEM-in 7-ci Zirvə Toplantısı keçirilir - FOTOLAR - YENİLƏNİB
Bakıda keçiriləcək sammitdə hansı məsələlər müzakirə olunacaq? – POLİTOLOQ
Bakı Funikulyoru ictimai nəqliyyat sisteminə qoşulsun – Ekpertdən TƏKLİF
150 manat cərimə oluna bilərsiniz - Sürücülərin diqqətinə!
Türkiyədə “ərəbləşmə” və “mollalaşma” müzakirələri – Azərbaycan məsələsi niyə gündəmdədir?
İlham Əliyevin ilk dəfə Prezident seçilməsindən 23 il ötür - VİDEO












