Cavid Qurbanov: "Bakı-Tbilisi-Qars dəmiryolu xətti üzrə işlər avqustun sonu, sentyabrın əvvəlində yekunlaşa bilər"

Bakı-Tbilisi-Qars dəmiryolu xətti üzrə işlər bu il avqustun sonu, sentyabrın əvvəlində yekunlaşa bilər. Avtosfer.az "Report"a istinadən xəbər verir ki, bunu "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanov jurnalistlərə bildirib. "Bu il qış çox sərt keçib. Qarsda 47-54 dərəcə şaxta olub. Ona görə də işlər bir qədər gecikib. Dəmiryolu xəttinin Qars hissəsində 80 km yol var, onun da 27 km-nin üst yatağı düzülüb", - deyə o qeyd edib. C.Qurbanov mayın əvvəlində Qarsa səfər edəcəyini, Türkiyənin nəqliyyat naziri və Türkiyə Dövlət Dəmir Yollarının rəhbəri ilə görüşəcəyini söyləyib. "Düşünürəm ki, bu il avqustun sonu, sentyabrın əvvəlində Qars yolunu aça bilərik. Azərbaycan və Gürcüstan tərəfində demək olar ki, işlər yekunlaşıb, böyük çətinliyimiz qalmayıb. Təxminən 10-15% işlər qalıb. Türkiyə tərəfində isə tikinti işləri qalıb. Amma Türkiyənin tikinti aparmaq gücünə bələd olduğumuz və Türkiyə baş nazirinin, eləcə də digər müvafiq nazirlərinin verdiyi bəyanatlara əsasən demək olar işləri tez qurtarmağa çalışacaqlar", - deyə Cəmiyyət sədri vurğulayıb. C.Qurbanov əlavə edib ki, dəmiryolu xəttinin 100 km-ə yaxını dizellə daşına bilər.
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY












