Cavid Qurbanov: "Bankrot ola bilərik"

Azərbaycan Dəmir Yolları QSC-nin sədri, millət vəkili Cavid Qurbanov Milli Məclisin bu gün keçirilən iclasında 18 faiz əlavə dəyər vergisinin (ƏDV) bir sıra məhsullardan azad olunmasını təklif edib.
Avtosfer.az qafqazinfo-ya istinadən bildirir ki, C. Qurbanov bildirib ki, ucdantutma hər şeyə 18 faizlik ƏDV-ni tətbiq etmək düzgün deyil: "Düzdür, elə məhsullar var ki, 25-30 faiz ƏDV tətbiq oluna bilər. Amma elə məhsullar var ki, bu problem yaradır. Məsələn, biz dəmir yolları üçün aldığımız avadanlıqlara çox böyük gömrük rüsumları tətbiq olunur. Bu məhsullar bizdə yoxdur. Sosial məsələ baxımdan biz biletlərin qiymətini qaldırmaq istəmirik. Amma gömrük rüsumları, 18 faizlik ƏDV dəmir yolunu bankrota gətirib çıxara bilər. Orada baza göstərilməlidir ki, lazım olanda ƏDV ləğv olunsun".
Millət vəkili Vahid Əhmədov da 18 faizlik ƏDV-nin əleyhinə çıxıb: "ƏDV-nin 18 faiz olması Azərbycan iqtisadiyyatına çox böyük ziyan vurur. Elə məhsullar var ki, onlara ƏDV-nin 18 faiz tətbiq edilməsi yüksəkdir. Azərbaycan üçün lazım olan qida və digər məsələlərdə differensiallaşdırmış ƏDV tətbiq olunmalıdır. Bu sıfır, ya da bir-iki faiz olmalıdır".
ABŞ_Azərbaycan münasibətləri region üçün nələr vəd edir? - POLİTOLOQ
Vətəndaş müştərisi olduğu bankın bankomatından pul çıxaranda komissiya tutulur - EKSPERT
Türkiyənin Qara dəniz layihəsi Azərbaycan üçün niyə vacibdir? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Narkotikə görə həbs olunması barədə xəbərlərdən danışdı: “Hər qəpiyim halaldır”
"My Gov"la bağlı QƏRİBƏ OLAY - Vətəndaşın adına ağır diaqnozlar yazıldı - FOTO
Xırdalana metro çəkilməsi nə qədər realdır? - VACİB AÇIQLAMA - FOTO
Rusiya Hindistana dəmir yolu çəkmək niyyətindədir - POLİTOLOQ
Bakıda gözlənilən məsələ: ekspress avtobuslar pulsuz olacaq? – AÇIQLAMA
Paytaxtın hansı küçələrində sıxlıq müşahidə olunur? - FOTO
Təmirə bağlanan yollarla əlaqədar məlumatlar sürücülərə necə ötürülməlidir? - DEPUTAT










