Cavid Qurbanov: “BTQ-nin ilk sınağı uğurla başa çatdı”

"Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə reallaşdırılan "Bakı-Tbilisi-Qars" dəmir yolu layihəsi çox geniş əraziləri, böyük mədəniyyətləri birləşdirəcək. Bu yolun tikintisinin başa çatdırılması çox böyük uğurdu”. Avtosfer.az “Report”a istinadən xəbər verir ki, bunu "Azərbaycan Dəmir Yolu" QSC-nin sədri Cavid Qurbanov jurnalistlərə açıqlamasında bildirib. O deyib ki, inşaası yekunlaşan BTQ-nin ilk sınağı uğurla başa çatdı: "Bu qatarla biz Tbilisidən Qarsa gəldik. Bu böyük tarixi hadisədir. Yaxın günlərdə dövlətlərimizin başçılarının iştirakı ilə BTQ- nin rəsmi açılışı olacaq”.
C.Qurbanov bildirib ki, dünyanın ən böyük layihələrindən biri olan BTQ dəmir yolu layihəsinin təşəbbüsü Azərbaycan Prezidenti İlham Əliyevin tərəfindən irəli sürülüb: "Bu yolun Gürcüstan ərazisindəki tikintisi də Azərbaycanın verdiyi sərfəli kredit hesabına və Azərbaycan şirkətlərinin iştirakı ilə həyata keçirilib. Bu layihə təkcə bizim ölkələrimiz və xalqlarımız üçün deyil, dünya dövlətləri üçün böyük əhəmiyyətə malikdir. Qədim İpək yolunun tərkib hissəsi olan BTQ Çindən Londonadək olan böyük əraziləri əhatə edir. BTQ sivilizasiyaların inkisafinda mühüm rol oynayacaq".
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












