Cavid Qurbanov: "İpək yolu Avropaya çıxışı genişləndirir"

Bakı-Tbilisi-Qars dəmir yolunun üzərində işlər, demək olar ki, tamamlanıb, çox iş qalmayıb. Avtosfer.az trend-ə istinadən bildirir ki, bunu "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanov ANS-ə açıqlamasında deyib. Layihənin ləngiməsi ilə bağlı sədr onu deyib ki, nəzərə alınmayan işlər, əlavə xərclər həddindən artıq çoxdur, iş çətin iqlim şəraitində aparılır. Buna səbəb olaraq C.Qurbanov həmçinin Gürcüstanda baş verən hakimiyyət dəyişikliyini də göstərib. "Əslinə qalsa, işi demək olar ki tamamlamışıq Gürcüstan tərəfində", deyə o əlavə edib.
Dəmir yolunun Türkiyə hissəsi ilə bağlı C.Qurbanov qeyd edib ki, qalan işlər böyük bir problem deyil: "Türkiyə üçün o yol, hansı ki 85 kilometrdir, böyük bir şey deyil. Onlar da işlərin hardasa 80 faizini tamamlayıblar. Qalıb üst tərəfi, onu da bu ilin axırına kimi, yəgin ki, tamamlayarlar və dizel lokomotivlərlə yükü apara biləcəyik".
Cavid Qurbanov deyib ki, layihə ilə bağlı Türkiyənin nəqliyyat, gəmiçilik və kommunikasiyalar naziri Əhməd Arslanla görüş keçirməyi planlaşdırır.
İpək yolu ilə bağlı C.Qurbanov onu deyib ki, bu yol Rusiyanın, Azərbaycanın, həm də Qazaxıstanın üzərindən keçməklə, Avropaya çıxışı genişləndirir: "Çünki Çinin Avropayla, bu dövlətlərlə arasındakı mübadilə təqribən 100 milyon tonun ətrafındadır. Ancaq bu get-gedə artacaq. Artdıqca, nəqliyyat növlərinə tələbat daha da çoxalacaq. Çoxaldıqca bu yolun genişlənməsi lazımdır. Bunlardan da biri, üzərimizdən keçən dəmir yoludur".
Qurbanov həmçinin vurğulayıb ki, bu marşrutu əsas işə salan "Bakı-Tbilisi-Qars" dəmir yolu olacaq.
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI
“Azərbaycançılıq İnstitu”nun yaradılması təklif edilir; hansı istiqamətdə fəaliyyət göstərəcək? - AÇIQLAMA
Təcili xidmətlər vahid nömrədə birləşdirilsə, operativlik artacaq – DEPUTAT
YAP-dan türkiyəli siyasətçilərin açıqlamalarına CAVAB
Vahid məktəbli forması ilə bağlı ibrətamiz TARİXİ NÜMUNƏ – AÇIQLAMA
Dünyada ən çox avtomobil istehsal edən ölkələr açıqlandı – SİYAHI
“Sea Breeze”dən “28 May”a, Bibiheybətdən “Əhmədli”yə – Bakıda tramvay planı
Magistral yollarda geriyə dönmə imkanları artırılmalıdır – TƏKLİF












