Cavid Qurbanov Türkiyənin yeni baş naziri ilə - FOTOLAR

Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına əsasən "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanovun Türkiyənin baş naziri postuna namizədliyi qeydə alınmış nəqliyyat, dənizçilik və kommunikasiya naziri Binali Yıldırımla işgüzar görüşü baş tutub. Avtosfer.az-ın məlumatına görə, təkbətək keçirilən görüş zamanı Bakı-Tbilisi-Qars dəmir yol xəttinin tikintisi və gələcək perspektivləri, yükdaşıma, sərnişindaşıma mözvularında ətraflı müzakirələr aparılıb.
Görüş sonrası Binəli Yıldırım Cavid Qurbanovu Ədalət və İnkişaf Partiyasının (AKP) qurultayına şəxsən dəvət edib.
AKP-nin dünənki qurultayında nəqliyyat, dənizçilik və kommunikasiya naziri Binali Yıldırım rəsmən AKP -nin yeni sədri kimi baş nazir postuna təsdiq olunub.
Qeyd edək ki, Binali Yıldırım uzun müddət Türkiyənin nəqliyyat, dənizçilik və kommunikasiya naziri vəzifəsində çalışıb. Həmin müddətdə Bakı-Tbilisi-Qars dəmiryol xəttinin tikintisində "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanovla birlikdə Türkiyə tərəfdən həmin nəhəng layihənin gerçəkləşməsində birbaşa iştirakçı olub.
Yeri gəlmişkən, bu yaxınlarda hər iki yüksək çinli məmurun Ankarada görüşü baş tutmuşdu. Görüşün əsas mövzusu Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin tikintisi ilə bağlı olmuşdu.
Elmin
Paytaxtın bəzi küçələrində sıxlıq müşahidə olunur - FOTO - YENİLƏNİB
ABŞ_Azərbaycan münasibətləri region üçün nələr vəd edir? - POLİTOLOQ
Vətəndaş müştərisi olduğu bankın bankomatından pul çıxaranda komissiya tutulur - EKSPERT
Türkiyənin Qara dəniz layihəsi Azərbaycan üçün niyə vacibdir? – Ekspertdən AÇIQLAMA
Narkotikə görə həbs olunması barədə xəbərlərdən danışdı: “Hər qəpiyim halaldır”
"My Gov"la bağlı QƏRİBƏ OLAY - Vətəndaşın adına ağır diaqnozlar yazıldı - FOTO
Xırdalana metro çəkilməsi nə qədər realdır? - VACİB AÇIQLAMA - FOTO
Rusiya Hindistana dəmir yolu çəkmək niyyətindədir - POLİTOLOQ
Bakıda gözlənilən məsələ: ekspress avtobuslar pulsuz olacaq? – AÇIQLAMA
Paytaxtın hansı küçələrində sıxlıq müşahidə olunur? - FOTO
Təmirə bağlanan yollarla əlaqədar məlumatlar sürücülərə necə ötürülməlidir? - DEPUTAT














