Cavid Qurbanov: "Vergi bazası genişləndirilməlidir"

"Vergi bazası genişləndirilməli, dolğunlaşdırılmalı, yumşaldılmalıdır. Hər kəs öz qazancına nisbətən vergi ödəməlidir". Avtosfer.az xəbər verir ki, bunu millət vəkili, "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq Komitəsinin bugünki iclasında "Kredit büroları haqqında" qanun layihəsinin II oxunuş üçün müzakirəsi zamanı bildirib. Deputat həmçinin insanların banklardan asılılığının azaldılması istiqamətində iş görməyin vacib olduğunu deyib.
"Devalvasiyadan qorxmaq lazım deyil. İnsanların əmək haqqını, maddi rifahını yüksəltmək lazımdır. İdxaldan asılılığın azaldılması, ixracın artırılması siyasəti də məhz buna istiqamətlənib" - C.Qurbanov qeyd edib.
Millət vəkili Vahid Əhmədov da çıxışında bank sisteminin sağlamlaşdırılmasının hələ başa çatmadığına diqqət çəkib. O, bankların bağlanmasının deyil, təmərküzləşməsinin tərəfdarı olduğunu söyləyib.
Maliyyə Bazarlarına Nəzarət Palatası Direktorlar Şurasının sədri Rüfət Aslanlı isə öz növbəsində bu təcrübənin uğursuz olduğunu vurğulayıb.
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI












