Cavid Qurbanovdan jurnalistlərə mənzil bağışlaması xəbərinə REAKSİYA

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin (ADY) sədri, Azərbaycan Milli Məclisinin deputatı Cavid Qurbanovun bugünlərdə bir qrup jurnalistə Bakıda ev bağışlamasına dair məlumatlar yayılıb. Bəzi KİV-lərin yaydığı xəbərdə iddia edilir ki, ADY sədri bu ilin iyul ayında mətbuat işçiləri üçün tikilmiş binadan mənzil ala bilməyən bir qrup jurnalisti mükafatlandırıb. O da qeyd edilir ki, Cavid Quranovun mənzil bağışladığı jurnalistlər onunla eyni rayondan olanlardı. “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Sevinc Qədirova Modern.az-ın sorğusuna cavab olaraq məlumatı cəfəngiyyat adlandırıb. “Cavid müəllim özü də yazılanlardan narahatdır. Onun dediyi kimi, jurnalistlərə mənzili cənab prezident bağışlayır. Cavid Qurbanovun tikinti şirkəti yoxdur ki, ev tikdirib hədiyyə etsin”.
Jurnalistlərin guya kəlbəcərli olmasına gəlincə, qurum rəsmisi bunları deyib: “Mətbuatda kəlbəcərli jurnalistlərin sayı onlarladır. Onların hamısına necə mənzil hədiyyə etmək olar? Axı bu hansı məntiqə söykənir? Tamamilə yanlış məlumatlardır”.
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












