Cəbhəboyu rayonlar minalardan təmizlənir – FOTO

Cəbhəboyu rayonlarda 13 partlayış yeri yoxlanılıb.
Avtosfer.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) oxu.az-a verilən məlumata görə, bu barədə mayın 1-də Agentlik tərəfindən Tərtər və Füzuli rayonlarında aşkar olunan partlamamış hərbi sursatlar (PHS) haqqında hesabatda deyilir.
Tərtər rayonu
Buruc kəndi - 2 ev və həyatyanı sahədə dərinliyi 180 sm olan partlayış çalasına baxış keçirilib, tam partlamış sursatın qalıqları aşkar edilib, mərmi düşən ərazi və ona yaxın ərazilər də daxil olmaqla 12000 kv.m ərazi təmizlənib.
Köçərli kəndi - 4 otlaq sahəsinə baxış keçirilib, 4 partlayış çalasından hər birində 1 ədəd top mərmisinin partlamış qalıqları aşkar edilib. Ümumilikdə 620 kv.m ərazi təmizlənib.
Qarağacı kəndi - Kənd orta mətəbinin həyətində 2 çalaya, 2 ev və həyatyanı sahənin hər birində 1 çalaya baxış keçirilib, 16 000 kv.m ərazi təmizlənib və partlamamış hərbi sursat aşkar edilməyib.
Cəmi: 4 ev və həyətyanı sahə, 4 otlaq sahəsi və 1 orta məktəbin həyətinə baxış keçirilib. Nəticədə 10 partlayış yeri aşkar edilib, 28 620 kv.m ərazi təmizlənib və partlamamış hərbi sursat aşkar edilməyib.
Füzuli rayonu
Alixanlı kəndi - 3 əkin sahəsində 3 partlayış yerinə baxış keçirilib, partlamamış hərbi sursat aşkar edilməyib. Nəticə etibarı ilə 400 kv.m. ərazi yoxlanılıb.
Cəmi: 3 əkin sahəsində, 3 partlayış yeri, 400 kv. m ərazi yoxlanılıb və partlamamış hərbi sursat aşkar edilməyib.
1 may 2016-cı il tarixində Agentlik tərəfindən 4 ev, 4 otlaq sahəsi, 3 əkin sahəsi və 1 kənd orta məktəbi də daxil olmaqla 13 partlayış yeri yoxlanılıb, 29 020 kv. m ərazi təmizlənib və partlamamış hərbi sursat aşkar edilməyib.
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI
“Azərbaycançılıq İnstitu”nun yaradılması təklif edilir; hansı istiqamətdə fəaliyyət göstərəcək? - AÇIQLAMA
Təcili xidmətlər vahid nömrədə birləşdirilsə, operativlik artacaq – DEPUTAT
YAP-dan türkiyəli siyasətçilərin açıqlamalarına CAVAB
Vahid məktəbli forması ilə bağlı ibrətamiz TARİXİ NÜMUNƏ – AÇIQLAMA
Dünyada ən çox avtomobil istehsal edən ölkələr açıqlandı – SİYAHI
“Sea Breeze”dən “28 May”a, Bibiheybətdən “Əhmədli”yə – Bakıda tramvay planı
Magistral yollarda geriyə dönmə imkanları artırılmalıdır – TƏKLİF












