Cəbhədə gərginlik: Ağdamda ölən və yaralananlar var - YENİLƏNİB

Aprelin 27-dən 28-nə keçən gecədən etibarən ermənilərin atəşkəsi pozması və artilleriya zərbələri endirməsi nəticəsində Ağdam rayon sakinlərindən 8 nəfər yaralanıb, 1 nəfər isə ölüb.
Avtosfer.az xəbər verir ki, bu barədə “report”a Ağdam Rayon İcra Hakimiyyətindən məlumat verilib.
Ölən şəxs rayonun Çəmənli kənd sakini, 1966-cı il təvəllüdlü Mustafayev Famil Əli oğludur.
Yaralılar isə bunlardır:
1. Abdullayev Anar Nizami oğlu, 1975-cı il təvəllüdlü, Çəmənli kəndi;
2. Rəhimov Zahid Vəliş oğlu, 1985-cı il təvəllüdlü, Çəmənli kəndi;
3. Hüseynov Əli Müseyib oğlu, 1943-cı il təvəllüdlü, Çəmənli kəndi;
4. Kərimov Sirdaş Şükür oğlu, 1962-cı il təvəllüdlü, Çəmənli kəndi;
5. Məmmədov Adil Musdu oğlu, 1955-cı il təvəllüdlü, Çəmənli kəndi;
6. Məmmədov Elnur Polu oğlu, 1978-cı il təvəllüdlü, Əfətli kəndi;
7. Qarayev Elgiz Elbrus oğlu, 1985-cı il təvəllüdlü, Qaradağlı kəndi;
8. İmanov Məhəmmədəli Soltan oğlu, 1963-cı il təvəllüdlü, Zəngişalı kəndi (kontuziya).
Yaralılar rayon mərkəzi xəstəxanasına yerləşdirilib. Onlardan əksəriyyətinin vəziyyəti orta-ağırdır.
09:23
Ermənistan silahlı qüvvələrinin atəşkəsi pozması nəticəsində Ağdam rayonunun bir sakini dünyasını dəyişib, daha 7 nəfər isə yaralanıb.
Avtosfer.az xəbər verir ki, bu barədə trend-ə Ağdam rayon İcra Hakimiyyətinin başçısı Raqub Məmmədov məlumat verib.
Qeyd olunur ki, daha öncə yaralanan Çəmənli kənd sakini Famil Mustafayev Ağdam rayon mərkəzi xəstəxanasına yerləşdirilib, lakin orada dünyasını dəyişib.
Yaralananlardan iki nəfərin vəziyyəti ağırdı. Onlar 1966 il təvəllüdlü Çəmənli kənd sakini Hüseynov Əli, digəri isə 1945-ci il təvəllüdlü Əfəndili kənd sakini Məmmədov Elnurdur.
Bildirilir ki, yaralılardan biri kontuziya zədəsi alıb.
Yaralılar xəstəxanaya yerləşdirilib.
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI
“Azərbaycançılıq İnstitu”nun yaradılması təklif edilir; hansı istiqamətdə fəaliyyət göstərəcək? - AÇIQLAMA
Təcili xidmətlər vahid nömrədə birləşdirilsə, operativlik artacaq – DEPUTAT
YAP-dan türkiyəli siyasətçilərin açıqlamalarına CAVAB
Vahid məktəbli forması ilə bağlı ibrətamiz TARİXİ NÜMUNƏ – AÇIQLAMA
Dünyada ən çox avtomobil istehsal edən ölkələr açıqlandı – SİYAHI
“Sea Breeze”dən “28 May”a, Bibiheybətdən “Əhmədli”yə – Bakıda tramvay planı
Magistral yollarda geriyə dönmə imkanları artırılmalıdır – TƏKLİF












