Cəbhədə yenə atəşkəs pozuldu - Atışma başladı

Ermənistan ordusu Tərtər ərazisində yerləşən yaşayış məntəqələrini atəşə tutmaqda davam edir. Avtosfer.az musavat.com-a istinadən xəbər verir ki, aprelin 27-si saat 23:00 radələrindən etibarən erməni silahlı qüvvələri Tərtər rayonu ərazisində yerləşən yaşayış məntəqələri və mövqelərimizi artilleriya silahlarından atəşə tutmağa başlayıblar. Hazırda qarşı tərəfin atəşkəsi pozması intensiv olaraq davam edir. Azərbaycan Silahlı Qüvvələri düşmənə layiqli cavab verir.
Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Vaqif Dərgahlı APA-ya deyib ki, Ermənistan silahlı bölmələri saat 23.30-dan başlayaraq təmas xəttinə yaxın yaşayış məntəqələrini atəşə tutmağa başlayıb. Düşmən Tərtər rayonunun Qapanlı, Qəzyan kəndlərini və Tərtər şəhərini 122 mm çaplı D-30 tipli haubitsalardan atəşə tutur. “Azərbaycan Silahlı Qüvvələri düşmənin atəş nöqtələrinə cavab zərbələri endirir” deyə, Dərgahlı bildirir.
Qeyd edək ki, dünən Müdafiə Nazirliyi yaydığı açıqlamasında erməni silahlı bölmələrinin mövqelərimizi və təmas xəttinə yaxın yaşayış məntəqələrini beynəlxalq konvensiyalar tərəfindən qadağan edilmiş sursatlardan istifadə etməklə atəşə tutduğunu bəyan etmişdi.
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI
“Azərbaycançılıq İnstitu”nun yaradılması təklif edilir; hansı istiqamətdə fəaliyyət göstərəcək? - AÇIQLAMA
Təcili xidmətlər vahid nömrədə birləşdirilsə, operativlik artacaq – DEPUTAT
YAP-dan türkiyəli siyasətçilərin açıqlamalarına CAVAB
Vahid məktəbli forması ilə bağlı ibrətamiz TARİXİ NÜMUNƏ – AÇIQLAMA
Dünyada ən çox avtomobil istehsal edən ölkələr açıqlandı – SİYAHI
“Sea Breeze”dən “28 May”a, Bibiheybətdən “Əhmədli”yə – Bakıda tramvay planı
Magistral yollarda geriyə dönmə imkanları artırılmalıdır – TƏKLİF












