Cəbhədəki döyüşlərlə bağlı - Bəyanat

Ermənistan-Azərbaycan Sülh Platformasının qoşunların təmas xəttində gedən döyüşlərlə bağlı bəyanat yayıb. Avtosfer.az xəbər verir ki, Ermənistan-Azərbaycan Sülh Platformasının mətbuat xidmətindən APA-ya verilən məlumata görə, bəyanatda qeyd edilib ki, Ermənistan-Azərbaycan Sülh Platforması 24-25 fevral tarixlərində Ermənistan və Azərbaycan qoşunlarının təmas xəttində artan gərginliklə bağlı narahatlığını bildirir, insan itkilərin olması ilə bağlı yayılan məlumatlara görə dərin təəssüf hissi keçirir. Bəyanatda vurğulanır ki, 25 ildən artıq uzanan münaqişədə sadə xalqın əziyyət çəkməsi, qaçqın və məcburi köçkünlərin doğma torpaqlarına qayıda bilməməsi, həmçinin, döyüşlərdə hər iki tərəfdən itkilərin olması və onların ailələrinin bu itkilərlə yaşamaq ağrısı Ermənistan-Azərbaycan Sülh Platformasını dərindən üzür: “Baş verənlər münaqişənin dərhal həll olunmasının vacibliyini bir daha sübut edir. Ermənistan-Azərbaycan Sülh Platforması olaraq, biz, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllini yalnız sülh yolu ilə və hər iki xalqın dialoqu ilə mümkün olduğuna inanırıq. Bu səbəbdən də tərəfləri döyüş əməliyyatlarını dərhal dayandırmağa, itkilərə son qoymağa və beynəlxalq hüquq normaları çərçivəsində münaqişəni tezliklə həll etməyə səsləyirik. Eyni zamanda, münaqişənin həlli istiqamətində vasitəçilik edən ATƏT-in Minsk Qrupu həmsədrlərinin danışıqlar prosesinin davam etdirilməsinə və münaqişənin tez bir zamanda həll edilməsi istiqamətində qətiyyətli addımlar atmağa çağırırıq”.
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY












