Cəbhədən son xəbər - VİDEO və FOTOLAR

Ötən gecə saat 01:30 radələrindən etibarən Ermənistan silahlı qüvvələri cəbhənin Tərtər istiqamətində şiddətli artilleriya hücumu ilə atəşkəsi pozub. Avtosfer.az xəbər verir ki, ANS-in Qarabağ bürosunun xəbərinə görə, hərbi vəziyyət eyniliklə 02 Aprel 2016-ci il tarixdəkinə bənzəyib. Azərbaycan ordusunun cavab atəşindən sonra saat 04:50-dən erməni tərəfinin zərbələri səngiyib.
Xəbərə görə, ermənilərin artilleriya hücumu nəticəsində Tərtər rayonunun ətraf kəndlərində dağıntı var. Ən çox ziyan Ağdama yaxın olan Köçərli kəndi ərazisindəki əkin sahələrinə dəyib. İnsan tələfatı barədə hələlik məlumat yoxdur. Hazırda ara-sıra iriçaplı pulemyotlardan atəş səsləri eşidilməkdə olsa da, ağır artilleriya hücumları müşahidə olunmur. Qapanlı, Qaradağlı, Təzəkənd Qəsəbəsinin sakinləri evlərini tərk etməyiblər və əvvəlcədən hazırlanmış yeraltı bunkerlərdə erməni artilleriyasından qorunublar.
Bu vaxta kimi nə Bərdə nədə Tərtər xəstəxanalarına yaralı sakinlər müraciət etməyib, eyni zaman rəhmətə getmiş sakinlər haqqında da məlumat yoxdu. Ara sıra kiçik çaplı silahlardan atışma səslərini nəzərə almasaq Tərtər və Ağdam istiqamətlərində azərbaycan ordusunun sərrast müayinə və əks atəş nəticələrində erməni tərəfin bir neçə atəş nöqtələri məhv edilib və bunun sayəsində atəşkəs bərpa olunmaqdadır.
ANS TV Qarabağ bürosunun son məlumatına görə artıq Tərtər şəhərində gecə erməni silahlı qüvvələrinin qəfl artileriya hücumunun nəticələri hesablanır. Tərtər şəhərində yalnız bir ərazi erməni tərəfinin artilleriya zərbələrindən zərər çəkib. Belə ki, Tərtər sakini Tofik Qasımovun həyatyani sahəsinə erməni tərəfinin mərmiləri düşüb. Tərtər rayon Fövqaladə Hallar şöbəsinin verdiyi məlumata görə ehtimal var ki mərmilərdən biri hələdə açılmayıb və onun ola bilsin hələ partlama ehtimalı var. Bu versiya bu dəqiqələrdə yoxlanılır. Lakin digər partlamış mərmilər Tofik Qasımovun evinə ciddi zərər vurub. Məlumata görə ölən və yaralanan olmayıb.


Sürücülük vəsiqəsi ilə bağlı inqilabi təklif – 25 yaşdan sonra…
Bəzi yollarda sıxlıq yarandı - SİYAHI - YENİLƏNİB
Bakıda kimlər pulsuz avtobuslardan istifadə edə biləcək? – AÇIQLAMA
Mövsüm meyvələri niyə bahalaşıb? - AÇIQLAMA
İran-Azərbaycan münasibətlərində nələr dəyişib? - POLİTOLOQ
Təhlükəsizlik standartlarının tətbiqində hansı problemlər var? – İZAH
Şıx çimərliyində dənizə çirkab suları axıdılır? - RƏSMİ AÇIQLAMA - VİDEO
Pulsuz ictimai nəqliyyat tıxacların qarşısını ala bilərmi? – EKSPERT
"Arzum" yenidən hakim qarşısına ÇIXARILACAQ - Vəkildən AÇIQLAMA
Sabah çimərliklərdə hava necə olacaq?
AZAL Bakı-Naxçıvan reysləri ilə bağlı məlumat yaydı










