Banner

Cəbrayılda minaya düşən nəqliyyat vasitəsinin görüntüləri yayılıb - VİDEO

Gündəm 15 İyul 2022 16:58 Oxunub 1684
Cəbrayılda minaya düşən nəqliyyat vasitəsinin görüntüləri yayılıb - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Dünən Cəbrayıl rayonu ərazisində minaya düşən “Azərsun Holdinq”ə məxsus nəqliyyat vasitəsinin görüntüləri yayılıb.

Görüntülər sosial şəbəkələrdə paylaşılıb.

Xatırladaq ki, iyulun 14-ü saat 13 radələrində Cəbrayıl rayonunun işğaldan azad olunmuş ərazisində 1996-cı il təvəllüdlü Şamil Məmmədovun minaya düşməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Cəbrayıl Rayon Prokurorluğunda aparılan ilkin araşdırmalarla kənd təsərrüfatı fəaliyyəti ilə məşğul olan “Azərsun Holdinq”in sürücüsü Şamil Məmmədovun rayonun Dağ Tumas kəndi ərazisində yük maşını ilə hərəkətdə olarkən tank əleyhinə minaya düşməsi nəticəsində ağır dərəcəli bədən xəsarətləri alması müəyyən edilib.

Hazırda faktla bağlı Cəbrayıl Rayon Prokurorluğunda araşdırma aparılır.

Həmin görüntüləri təqdim edirik:

ŞƏRH YAZ
Ad

E-mail

Şərh