Cəbrayılda mülki şəxs minaya düşdü - RƏSMİ

Gündəm 25 Fevral 2021 17:36
Cəbrayılda mülki şəxs minaya düşdü - RƏSMİ
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Fevralın 25-də saat 14 radələrində Cəbrayıl rayonunda şəxsin minaya düşərək xəsarət alması ilə bağlı Cəbrayıl Rayon Prokurorluğuna gələn məlumat əsasında araşdırma aparılıb.

Bu barədə Avtosfer.az-a Cəbrayıl Rayon Prokurorluğundan məlumat verilib.

Bildirilib ki, Cəbrayıl rayon sakini 1964-cü il təvəllüdlü Mirzəliyev Güloğlan İmran oğlunun işğaldan azad edilmiş Cəbrayıl rayonun Mehdili kəndi ərazisində minaya düşərək xəsarətlər alıb.

Araşdırmalarla Güloğlan Mirzəliyevin kənd-təsərrüfat fəaliyyəti ilə məşğul olarkən qeyd edilən ərazidə piyada əleyhinə minaya düşməsi nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alması müəyyən edilib. 

Faktla bağlı Cəbrayıl rayon prokurorluğu tərəfindən araşdırma aparılır.

Oxunub : 818
ŞƏRH YAZ
Ad

E-mail

Şərh