Cəfər Xəndan küçəsinin daha bir hissəsi təmir olunur – FOTO+VİDEO

Bakı şəhərinin Binəqədi rayonunda Cəfər Xəndan küçəsinin daha bir hissəsi təmir edilir. "Azəravtoyol" ASC-dən Avtosfer.az-a verilən məlumata görə, təmir aparılan ərazi C.Xəndan küçəsinin Şövkət Məmmədova və İbrahimpaşa Dadaşov küçələri arasında yerləşən 350 metrlik hissəsidir. Küçənin eni bu hissədə 16 metr təşkil edir. Hazırda küçənin bu hissəsində yeni yeraltı kommunikasiya xəttinin çəkilişi işləri aparılır. Daha sonra yolun hərəkət hissəsindən səth sularının normal kənarlaşdırılmasını təmin etmək məqsədi ilə mövcud yağış-kanalizasiya xətləri işlək vəziyyətə salınacaq, zəruri olan yerlərdə yeni xətt çəkilərək yağış barmaqlıqları qoyulacaq. Təmir işləri çərçivəsində köhnə asfalt-beton örtük ikiqat olmaqla yenisi ilə əvəz olunacaq, mövcud piyada səkiləri isə bərpa olunacaq. Ümumilikdə, küçənin həmin hissəsində 5 500 kv. metr sahəyə yeni asfalt-beton örtük döşənəcək, piyada səkilərinin kənarlarına isə 700 poqon metr yeni səki daşları düzüləcək.
Qeyd edək ki, bundan öncə C.Xəndan küçəsinin Azadlıq prospekti ilə Qəzənfər Musabəyov küçəsi arasında yerləşən 700 metrlik, həmçinin Əhməd Rəcəbli və Şövkət Məmədova küçələri arasında yerləşən 750 metrlik hisslərində təmir işləri aparılaraq yekunlaşdırılıb. Bu hissələr müasir görkəmdə təmir edilərək, hərəkətin normal təşkili üçün zəruri yol nişanları, yolcizgi və yolgöstərici xətlərlə təmin edilərək vətəndaşların istifadəsinə verilib.
Növbəti mərhələdə son olaraq küçənin İbrahimpaşa Dadaşov və Azadlıq prospekti arasında yerləşən 550 metrlik hissəsinin təmir edilməsi nəzərdə tutulub.
Emin
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI

















