Cəlilabad-Yardımlı yolunda iri çatlar əmələ gəlib - TƏHLÜKƏ - VİDEO

Son yağıntılardan sonra Cəlilabad-Yardımlı avtomobil yolundakı sürüşmə zonalarında aktivlik müşahidə olunmağa başlayıb. Avtosfer.az-ın məlumatına görə, yolun Kövüzbulaq və Pərdi kəndləri arasındakı hissəsində müxtəlif yerlərdə iri çatlar əmələ gəlib. Yağıntıların təsirindən asfalt qatı tədricən sıradan çıxmağa başlayıb. Sürücülər isə bunun daha da təhlükəli ola biləcəyindən narahtdır. Buradakı yol yatağının eroziyaya uğraması istənilən vaxt sürüşmənin baş verməsinə şərait yaradır.
Kənd sakinləri deyirlər ki, ərazidən mütəmadi yük avtomobillərinin də keçməsi yolun sürüşməyə meylli ərazilərində çökmələrin yaranmasına gətirib çıxarıb. Xanəgah kəndində isə təpəlik ərazidə olan torpaq layları yola doğru axıb.
Qeyd edək ki, Cəlilabad -Yardımlı avtomobil yolu dağlıq və təpəlik ərazilərdən keçdiyi üçün sürüşmə sahəsində yerləşir. Hər il payız-qış mövsümündə ərazidəki sürüşmə zonaları aktivləşir.
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












