Cəlilabadda biabırçılıq - Evli kişi nişanlı qız qaçırdı

Cəlilabad rayonunun Boyxanlı kəndində xoşagəlməz hadisə baş verib. Avtosfer.az xəbər verir ki, bu barədə AzVision.az-ın əldə etdiyi məlumatına görə, 17 yaşlı nişanlı qız həmkəndlisi tərəfindən qaçırılıb. Hadisə avqustun 18-də axşam saat 23:00 radələrində baş verib.
Qaçırılan qızın atası Eldar Dadaşov saytımıza açıqlamasında faktı təsdiqləyib. O, qızının zorla qaçırıldığını deyib: “Hadisə qızım bacısı ilə ayaqyoluna getdiyi zaman baş verib. Əminik ki, qızım zorla qaçırılıb. Çünki, qızımın ayaqqabısı hadisə yerində qalıb. 18 yaşına çatmayan şəxsin qaçırılması birbaşa adam oğurluğudur. Qızım qohumumuzla nişanlıdır və yaxın vaxtlarda toyu olacaqdı. Hazırda qızımın nişanlısı Rusiyadadır”.
E.Dadaşov qeyd edib ki, qızını qaçıran şəxs kənddə avara, tüfeyli kimi tanınır: “Qızımı qaçıran şəxsin adı Zaurdur. O, kənddə avara kimi ad çıxarıb. Bir müddət əvvəl öz qohumu ilə evli olub, sonra ayrılıb. Daha sonra xalası qızı ilə evlənib, onu da boşayıb. Həmin şəxs bu axşam qızımı qaçırıb”.
Qızı qaçırılan ata polisin hadisəyə biganə münasibət göstərdiyini söyləyib: “Hadisədən dərhal sonra polisə xəbər verdik. Ancaq Cəlilabad polisi hadisə yerinə gəlmədi. Dəfələrlə rayon polis şöbəsinə, 102 “qaynar xətti”nə etdiyimiz zənglərə baxmayaraq, onları hadisə yerinə gətirə bilmədik. Özümüz polis idarəsinə gedərək şikayətimizi bildirdik. Bundan sonra işi hansısa müstəntiqə verdilər. İşi aparan polis hazırda rayonda yoxdur. Polis hadisəyə müdaxilə etməlidir”.
E.Dadaşov qaçırılan qızını geri qaytarmaq istədiyini deyib: “Biz istəyirik ki, qızım tezliklə tapılsın. İstənilən halda qızı geri istəyirik. Oğlanın valideynləri də onun necə tərbiyyəsiz insan olduğunu bilirlər. Onlar da qızımın tapılmasını istəyirlər.
Bizə gecə saatlarında bildirdilər ki, qızı qaçıran şəxs Bakıda, “Yeni Günəşli” qəsəbəsində yaşayan bacısının evində gizlənir. Polisin işə laqeyd yanaşması qızımızın tezliklə geri qaytarılmasına maneə olur”.
Paşinyan niyə "qorxunc təhlükə" xəbərdarlığı etdi: Ermənistanda "müharibə partiyası"...
Azərbaycanın bəzi çaylarında sululuq artır: Sel təhlükəsi - VİDEO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq - 500-1000 metrədək
Sosial şəbəkələrdə “1200 manatlıq” tələ – XƏBƏRDARLIQ EDİLDİ
FHN əhaliyə müraciət etdi - Yanğın təhlükəsizliyinə riayət edin!
Son günlər yayılan bu görüntülər hər kəsi narahat edir – Yollarda təhlükəli trend - VİDEO
Yağıntılar intensivləşəcək, şimşək çaxacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
Qarşıdakı 6 günün havası ilə bağlı XƏBƏRDARLIQ
Bakıda 42 ünvanda hərəkət qismən məhdudlaşdırılacaq - SİYAHI
Muğanlı-İsmayıllı yolunda mühafizə zolağında sürüşmə olub - AAYDA - VİDEO
21 Mart - Beynəlxalq Novruz Günüdür










