Cəlilabadda torpaq sürüşməsi yenidən aktivləşdi: yolun bir hissəsi çöküb - FOTO

Qış mövsümündə yağan intensiv yağıntılardan sonra Cəlilabadda sürüşməyə meyilli zonalarda aktivlik artıb. Avtosfer.az “Report”a istinadən xəbər verir ki, ən təhlükli vəziyyət rayonun Zəhmətabad kəndindəki ərazidə yaranıb. Burada təpəlik ərazidəki iri torpaq laylarının dərəyə doğru hərəkət etməsi nəticəsində ərazidə böyük çökəklik əmələ gəlib. Yerli sakinlər qarşıdan gələn yaz yağışlarında vəziyyətın daha da təhlükəli ola biləcəyindən ehtiyat edirlər. Məlumata görə, Zəhmətabad kəndindəki sürüşmənin çevrəsi hər gün genişlənir. Bu da yaxınlıqdakı evlər və təsərrüfatlar üçün təhlükəni artır. Cəlilabad-Yardımlı avtomobil yolunun yatağ hissəsi sürüşmə nəticəsində çöksə də nəqliyyat vastələrinin hərkəti üçün qabaqlayıcı tədbirlər görülüb. Lakin təhlükə hələ də qalmaqdadır. Bundan başqa sözügedən yolun Pərdi kəndindən keçən hissəsində də torpaq sürüşməsi nəticəsində yolun asfalt qatı çöküb.
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ



















