Çempionu olan qızı avtomobillə vurub öldürən şəxsə hökm oxunub

Bakı Ağır Cinayətlər Məhkəməsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Əlifağa Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb. Avtosfer.az-ın APA-ya istinadən xəbərinə görə, hakim İradə Həsənzadənin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı Ə. Məmmədovun cinayətinin məhkəmə istintaqı zamanı sübuta yetirildiyini deyib. Prokuror Ə.Məmmədovun 8 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib. Ə.Məmmədovun vəkili müdafiə çıxışı edib. Son sözlə çıxış edən təqsirləndirilən şəxs əməlindən peşman olduğunu bildirib. Hakimlər hökm elan etmək üçün müşavirəyə gedib. Müşavirədən sonra hökm oxunub. Hökmə əsasən, Ə.Məmmədov 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
***
12:21
Bakı Ağır Cinayətlər Məhkəməsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Əlifağa Məmmədovun cinayət işi üzrə məhkəmə istintaqı başlayıb. Hakim İradə Həsənzadənin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı ittiham aktını elan edib. Ə.Məmmədov elan olunan ittiham üzrə özünü təqsirli bilib. Prosesdə zərçəkənin hüquqi varisi varisi və şahidlər ifadə veib. Proses davam edir.
Qeyd edək ki, hadisə bu il iyunun 28-də baş verib. Xətai rayonu Zığ şosesində - SOCAR yanacaqdoldurma məntəqəsinin qarşısında Əlifağa Məmmədov idarə etdiyi "BMW" markalı, 90 XU 928 dövlət nömrə nişanlı maşınla, yolu keçən 1995-ci il təvəllüdlü Reyhan Məmmədovanı vurub. O, aldığı xəsarətdən hadisə yerində ölüb. R.Məmmədova dağadırmanma, qayayadırmanma və buzadırmanma üzrə Azərbaycan çempionu olub.
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












