Cənub rayonlarını su basıb - Şimalda sel təhlükəsi

Lənkəran-Astara bölgəsinin bir çox yaşayış məntəqələrində subasma təhlükəsi davam edir. Avtosfer.az xəbər verir ki, bunu Trend-ə Azərbaycan Milli Elmlər Akademiyasının Coğrafiya İnstitutunun direktor müavini Elbrus Əlizadə deyib. Onun sözlərinə görə, Lənkəran-Astara bölgəsində daha çox Lənkəranın, qismən də Masallı və Astara rayonlarının düzənlik hissəsində subasmalar yaranıb: “Subasmaları daha çox kiçik çaylardan gələn sular yaradıb. Həmin çayların dərələri dolduğundan və təmizlənmədiyindən sular öz məcralarından kənara çıxıblar. Nəticədə həm Lənkəran şəhərinin özündə subasma yaranıb, həm də Lənkəran, Astara rayonlarının bir çox kəndlərini su basıb”.
Həmin zonada subasmanın dünəndən müşahidə edildiyini deyən E.Əlizadə təhlükənin qalmaqda davam etdiyini də söyləyib. E.Əlizadə bildirib ki, hazırda Quba-Qusarın düzənlik ərazilərində də subasma başlayıb. Bu zonada həmin problem hazırda qismən müşahidə edilir: “Quba-Qusar bölgəsində bu təhlükə hələ kiçik mqiyaslıdır, amma Lənkəranda artıq kəndlərin bir neçəsi suyun altındadır. Subasma Lənkəran-Astara zonasının bir neçə kəndində baş verib”.
İnstitutun direktor müavinin sözlərinə görə, yağışlı hava şəraitinin bir neçə gün davam edəcəyinin proqnozlaşdırılması ilə əlaqədar subasma təhlükəsi həm Lənkəran-Astara zonasında, həm də Quba-Xaçmazın dağətəyi və düzənlik kəndlərində gözlənilir.
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI












