Cənubda torpaq sürüşməsi əhalini qazsız qoyub - FOTO+VİDEO

Lənkəran-Lerik yolunun ayrı-ayrı hissələrində torpaq sürüşməsi qeydə alınıb. Avtosfer.az arbtv-yə istinadən xəbər verir ki, hazırda aktivlik əsasən yolun 17 və 27-ci kilometrliyini əhatə edir. Ötən gecədən başlayaraq yamaca doğru 25 metr məsafədə torpaq sürüşərək çaya tökülür. Aidiyyatı qurumlar avtomobillərin intensiv hərəkətini təmin etmək üçün yola paralel olaraq köməkçi zolaq çəkilməsinə başlayıblar. Sürüşmə nəticəsində 3 kəndə gedən qaz boru xətti zədələndiyindən kəndlərə mavi yanacağın verilişi də dayandırılıb.
"Azəravtoyol" ASC-nin idarə rəisi Elxan Əliyev bildirir ki, sürüşmə zonasındakı yol bir zolaq genişlənir: "Həmin sürüşmələr ilin fəslindən asılı olaraq gah stabil olur, gah da aktivləşir. Avtomobil yolunun 27-ci kilometrliyində həmin sürüşmə aktivləşib. Bir zolaq yol genişlənir. Yolun aşağı hissəsində də aşağı istinad divarının tikilməsi üçün işlər görülür".
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI
“Azərbaycançılıq İnstitu”nun yaradılması təklif edilir; hansı istiqamətdə fəaliyyət göstərəcək? - AÇIQLAMA
Təcili xidmətlər vahid nömrədə birləşdirilsə, operativlik artacaq – DEPUTAT
















