Cərimə olunmaq istəməyən sürücülərin NƏZƏRİNƏ! - Bu hallarda...

Gündəm 7 Oktyabr 2024 11:21 Oxunub 158
Cərimə olunmaq istəməyən sürücülərin NƏZƏRİNƏ! - Bu hallarda...
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Avtobus zolaqları nəqliyyatın səmərəliliyini və ictimai nəqliyyatdan istifadənin təşviqini artırmaq məqsədilə yaradılıb.

Bu zolaqlar avtobusların hərəkətini sürətləndirərək, onların digər nəqliyyat vasitələrindən asılı olmadan hərəkət etməsini təmin edir.

Bakıda müxtəlif prospekt və küçələrdə avtobus zolaqları tətbiq edilib və onların istifadəsi ilə bağlı müxtəlif qaydalar var. Avtobus zolaqlarına daxil olmaq birmənalı şəkildə qadağandır və sürücü bu qaydanı pozduğu halda cəzalandırılır. Lakin avtobus zolaqlarına bəzi hallarda daxil olmağa icazə verilir və buna görə cərimə nəzərdə tutulmayıb.

 

 

Nəzərinə çatdıraq ki, Bakıda salınan avtobus zolaqlarının bəzisi müəyyən saatlarda, qalanları isə 24 saat ərzində aktiv olur. Bəzən sürücülər 24 saat aktiv olan avtobus zolağına daxil olmaqla cərimələnir və bunu qanunsuz hesab edir. Lakin xəbərsiz olur ki, avtobus zolağının əvvəlində qoyulan nişanda əgər hər hansı saat göstərilməyibsə, bu o, deməkdir ki, həmin yola 24 saat ərzində daxil olmaqla cərimələnəcək. Lakin yol nişanına hər hansı saat məhudiyyəti qoyuluba, digər vaxtlarda bu yola daxil ola bilər.

 

 

24 saatlıq avtobus zolaqları: Bəzi ərazilərdə günün istənilən saatında avtobus zolaqlarına daxil olan sürücülər xüsusi kameralar vasitəsilə qeydə alınaraq cərimələnir. Məsələn:

  • Bakı-Sumqayıt şosesi,
  • Babək prospekti,
  • Tbilisi prospekti,
  • Cəfər Cabbarlı küçəsi,
  • Zivərbəy Əhmədbəyov küçəsi,
  • Füzuli küçəsi.

Hansı ərazidə, küçədə qoyulmuş nişanda saat qeyd edilibsə, həmin yerdə qadağa yalnız həmin saatlarda qüvvədədir. Hazırda quraşdırılan nişanlarda avtobus zolağına giriş səhər saat 07:00-10:00 və saat 17:00-20:00-da qadağandır.

Qeyd edək ki, avtobus zolağına qaydalardan kənar daxil olan şəxslərə 100 manat məbləğində cərimə və 2 cərimə balı qeydə alınır.

 

 

Lakin avtobus zolağına daxil olmaqla bağlı bəzi istisnalar var. Bu hallarda həmin zolaqlara daxil olmağa icazə verilir:

  • Əgər zolaq digər zolaqlardan 1.5 qırıq-qırıq nişanlanma xətti ilə ayrılarsa, başqa nəqliyyat vasitələrinin bu zolaqla hərəkəti qadağan edilsə də, ümumi istifadədə olan nəqliyyat vasitələrinə maneə yaratmadan yalnız sərnişini mindirmək və ya düşürmək üçün bu zolağa keçib dayanmaq və dərhalda hərəkətə başlayıb zolağı tərk etmək olar.
  • Yalnız yoldan çıxış və yola giriş yerlərində 1.11 nişanlanma xətti ilə işarələnən yerlərdə bu zolağa qismən daxil olub oradan müvafiq manevri etmək olar.

Digər nəqliyyat vasitələrinin sürücüləri giriş-çıxış yerlərində tətbiq edilmiş 1.11 xəttini kəsərək həmin zolağa daxil olduqda mütləq yoldan çıxmalıdırlar. Həmin zolağa daxil olub giriş-çıxış yerini düz keçərək bu zolaqla hərəkəti davam etdirmək, o cümlədən növbəti 1.11 xətti olan yerdə həmin zolağı tərk edənədək davam etdirmək qadağandır.

 

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib ki, avtobusla sərnişin daşımaları şəhərdə mobilliyin təmin edilməsi baxımından böyük əhəmiyyətə malikdir. Hazırda Bakı və Abşeron rayonunun küçə və prospektlərində 29 avtobus zolağı mövcuddur:

"Bu zolaqlarda 329 məlumatverici yol nişanı yerləşdirilib. Bunlardan 132 ədədi qüvvədə olma vaxtını bildirən əlavə məlumat nişanlarıdır".

Mənbə: baku.ws

ŞƏRH YAZ
Ad

E-mail

Şərh