"Çərkəz Çingiz" həbsxanaya 100 maşınla getdi - FOTO

Çeçenistan lideri Ramzan Kadırova sui-qəsd hazırlamaqda ittiham edilən şəxs Türkiyədə həbsə yollanıb. Avtosfer.az-ın istipress-ə istinadən verdiyi məlumata görə, "Çərkəz Çingiz" adlandırılan Çingiz Şıklaroğlunun adı Rusiya və Türkiyədə çox sayda cinayətdə hallanıb. Şıklaroğlu 10 aylıq cəzasını çəkmək üçün həbsxanaya gedib. Maraqlısı odur ki, onu bu yolda 100 bahalı maşından ibarət maşın karvanı müşayiət edib. "Biz küçələrdə böyüdük. 10 ay sonra daha qüvvətli geri qayıdacağam. Demək istəyirəm ki, bu ölkənin mafiya başçılarına yox, alimlərə ehtiyacı var", - deyə o həbsxana girişində bildirib. Bu görüntüdən sonra "Çərkəz Çingiz"in kim olduğu maraq doğurub. Silah ticarətindən, lüks yaxta istehsalına kimi 7 şirkətin sahibi olan Şıklaroğlu, Rusiyada cinayətkar dəstəyə rəhbərlik, sui-qəsd təşkili kimi bir çox cinayət işlərini iştirakçısı olub. Onun cəzalandırılmasına səbəb isə Kadırova sui-qəsdi məsələsində Rusiyada bəraət edildikdən sonra 2016-cı ildə gəldiyi Türkiyədə türkmənlərə yardım adı ilə bir çox iş adamını təhdid edərək sənədlər imzalatması olub. Onun nə işlə məşğul olduğu dəqiq bilinmir. Özünü 7 şirkətin daxil olduğu holdinq sahibi kimi təqdim edən Şıklaroğlunun ən məşhur şirkəti silah istehsalı ilə məşğul olan "Silahsan"dır.
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












