Çevik Polis Alayının əməkdaşı qətlə yetirilib

Bakıda qardaşı tərəfindən öldürülən şəxsin polis əməkdaşı olduğu məlum olub. Avtosfer.az xəbər verir ki, bu barədə APA-nın əldə etdiyi məlumata görə, qardaşı Əli Əliyev tərəfindən bıçaqlanaraq öldürülən Murad Əliyev Çevik Polis Alayının Nəsimi rayon bölməsinin əməkdaşıdır. O polis serjantı rütbəsi daşıyıb. Hazırda qətli törədən şəxsin tutulması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.
***
09.45
Bakı şəhərində qətl törədilib. Binəqədi rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, hadisə 9-cu mikrorayonda qeydə alınıb. Rayon sakini Əli Ramazan oğlu Əliyev qardaşı Muradı bıçaqlayaraq qətlə yetirib. Ə.Əliyev hadisəni törətdikdən sonra qaçıb. Hazırda onun tutulması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir. Faktla bağlı Binəqədi rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, araşdırma aparılır.
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












