Çexiyada çay nəqliyyatı havanı çirkləndirən mənbə hesab edilib

Mütəxəssislər ətraf mühitin tədqiqi zamanı aşkar ediblər ki, çay nəqliyyatı mühərriklərindən atmosferə buraxılan qazlar Avropanın paytaxt şəhərlərində havanın çirklənməsində mühüm rol oynayır.
Avtosfer.az azərtac-a istinadən bildirir ki, son illər iri çay limanlarının sərhədində Vltava, Dunay, Reyn, Odra ilə hərəkət daha intensiv olduğu üçün hökumət orqanları zərərli tullantıların atmosferə buraxılmasının azaldılması yollarını vacib hesab edirlər.
Təkcə Praqanın Smixov şlüzündən ildə 25 min kater və paroxod keçir. Çexiyanın "Deník" nəşri xatırladır ki, hazırda paytaxtda dəniz nəqliyyatı mühərriklərindən atmosferə buraxılan tullantılar heç cür tənzimlənmir. Heç bir gəminin istismara nə vaxtdan buraxılmasının və onun vəziyyətinin qeydiyyatı aparılmır. Hazırda şəhər hakimiyyət orqanları su nəqliyyatının hərəkətin ümumi tənzimlənməsi sisteminə salınması imkanını müzakirə edirlər ki, bu, şəhərdə tüstü görünməsi rejimi elan ediləcəyi təqdirdə çay gəmilərinin hərəkətinə qadağa qoymağa imkan verəcək.
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












