Ceyhun Bayramov Mikayıl Cabbarovun yerinə hazırlaşır - İlginc iddialar

Artur Rəsizadədən sonra baş nazir postuna yeni iddialının kimliyi məlum olub. Avtosfer.az xəbər verir ki, bu barədə "qaynarinfo.az"ın məlumatlı mənbədən əldə etdiyi informasiyada təhsil naziri Mikayıl Cabbarovun da adının Nazirlər Kabinetinə rəhbərlik edəcək namizədlər siyahısına düşdüyü vurğulanır.
“Doğrudur, bu ilin sonunadək keçirilməsi gözlənilən referendumda Konstitusiyaya ediləcək dəyişikliklərlə 1-ci vitse-prezident postunun yaradılması və bunun nəticəsində baş nazir postunun əhəmiyyətinin arxa plana keçməi gözlənilir. Bununla belə, hökumət rəhbəri görəvi hakimiyyət daxilində öz siyasi təsir gücünü və önəmini xeyli dərəcədə qoruyub saxlayacaq”, - deyə mənbəmiz bildirib.
Qaynağımızın sözlərinə görə, bu mənada uzun müddətdir gözü baş nazir postunda olan iri hökumət fiqurlarının Artur Rəsizadənin kreslosu uğrunda gizli mübarizəsi də davam edəcək. “Son vaxtlar isə hazırki baş nazirin potensial sələfi kimi Mikayıl Cabbarovun adı ön plana çıxır”, - mənbəmiz qeyd edib.
“Bu iddia çoxlarına təəccüblü, hətta qeyri-inandırıcı gələ bilər. Amma unutmayaq ki, 2013-cü ildə o vaxtadək "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin rəisi olan Cabbarovun Misir Mərdanovdan boşalan görəvə gətirilməsi də xeyli gözlənilməz olmuşdu, xeyli adam uzun müddət belə bir təyinatın real olmasına inan bilməmişdi”, - qaynağımız sözlərinə əlavə edib.
İndi də oxşar gözlənilməzliyin baş verməsinin mümkünlüyündə iddia edən qaynağımız təhsil naziri postunda M.Cabbarovu əvəzləyəcək şəxsin kimliyinin də böyük ölçüdə bəlli olduğunu deyib. “Artıq Təhsil Nazirliyinin kulislərində Mikayıl Cabbarovun sələfi kimi əvvəlcə Təhsil Nazirliyi aparatının rəhbəri, ardınca isə təhsil nazirinin müavini olan Ceyhun Bayramovun adı hallanır. 43 yaşlı Bayramovun bu məsələdə hökumət daxilində ciddi dəstəyinin olduğu da deyilir. O, hazırda nazirin “sağ əli” kimi fəaliyyət göstərir və nazirlik daxilində faktiki olaraq əsas söz sahibi kimi göstərilir”, - deyə mənbəmiz vurğulayıb.
Bir sözlə, yaxın gələcəkdə Mikayıl Cabbarovu yeni baş nazir, Ceyhun Bayramovi isə yeni təhsil naziri kimi görsəniz, qətiyyən təəccüblənməyin.
Xırdalanda yol “çuxur bataqlığı”na çevrilib: Sürücülər hərəkət edə bilmir - VİDEO
Sürücülərin diqqətinə; bu nömrə nişanları yağışlı ərazilərdən tapılıb - FOTO
Bu avtomobillər İçərişəhərə buraxılmayacaq - DİQQƏT!
Prezident ailəsinin Qəbələdən səmimi FOTOsu
Bakının bəzi yollarında məhdudiyyət olacaq - Sürücülərin nəzərinə
Paytaxtın 17 küçəsində sıxlıq müşahidə olunur - SİYAHI
Bakı metrosunda narahatedici PROBLEM - Stansiyaya su sızır? - AÇIQLAMA - FOTOLAR
Küləkli hava şəraiti ilə bağlı gəmilərə XƏBƏRDARLIQ - Dalğanın hündürlüyü 4.5 metrə ...
Küləkli hava nə vaxtadək davam edəcək?
Qoyunları “zebra”nın önünə bağlayıb kəsilən inəklərin başını səkiyə düzüblər - FOTO
Bu küçədə hərəkət birtərəfli olacaq - Maşınlar bir-birinə maneə yaradır








