Ceyhun Bayramov və Bosniya və Herseqovinanın XİN rəhbəri arasında telefon danışığı olub

2020-ci ilin 15 oktyabr tarixində qarşı tərəfin təşəbbüsü əsasında Azərbaycan Respublikası Xarici İşlər naziri Ceyhun Bayramov və Bosniya və Herseqovinanın Xarici İşlər naziri xanım Bisera Turkoviç arasında telefon danışığı baş tutub.
Xarici İşlər Nazirliyindən Avtosfer.az-a verilən məlumata görə, Nazir Ceyhun Bayramov, Ermənistanın Azərbaycana qarşı yeni təcavüzü, Ermənistan silahlı qüvvələri tərəfindən mülki şəxslərin və infrastrukturların, o cümlədən münaqişə zonasından uzaqda yerləşən şəhər və rayonların atəşə tutulması, Gəncə şəhərinə edilən raket zərbələri barədə həmkarına məlumat verib. Dinc əhalinin qəsdən hədəf alınması nəticəsində 47 mülki şəxsin öldüyü və 222 nəfərin ağır yaralandığı qarşı tərəfin diqqətinə çatdırıldı. Nazir Ceyhun Bayramov Ermənistanın humanitar atəşkəsi kobud şəkildə pozduğunu bildirib və Ermənistanın atəşkəsə riayət etdiyinin yalandan başqa bir şey olmadığını qeyd edib. Bölgədəki mövcud vəziyyətə görə tam məsuliyyətin Ermənistanın üzərinə düşdüyü vurğulanıb.
Bosniya və Herseqovinanın Xarici İşlər naziri Bisera Turkoviç, azərbaycanlı mülki şəxslərin öldürülməsi ilə bağlı ciddi narahatlığını və dərin kədərini ifadə edib və bununla əlaqədar olaraq Azərbaycan xalqına başsağlığı verib. Xanım Turkoviç Bosniya və Herseqovinanın Azərbaycanın haqlı mövqeyini dəstəklədiyini vurğulayıb və münaqişənin Azərbaycanın ərazi bütövlüyü və Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının müvafiq qətnamələri çərçivəsində həll edilməli olduğunu qeyd edib.
Gültən
Azərbaycanın “Aİ-95” markalı benzini idxal və ixrac etdiyi ölkələr – SİYAHI
Paşinyan niyə "qorxunc təhlükə" xəbərdarlığı etdi: Ermənistanda "müharibə partiyası"...
Azərbaycanın bəzi çaylarında sululuq artır: Sel təhlükəsi - VİDEO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq - 500-1000 metrədək
Sosial şəbəkələrdə “1200 manatlıq” tələ – XƏBƏRDARLIQ EDİLDİ
FHN əhaliyə müraciət etdi - Yanğın təhlükəsizliyinə riayət edin!
Son günlər yayılan bu görüntülər hər kəsi narahat edir – Yollarda təhlükəli trend - VİDEO
Yağıntılar intensivləşəcək, şimşək çaxacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
Qarşıdakı 6 günün havası ilə bağlı XƏBƏRDARLIQ
Bakıda 42 ünvanda hərəkət qismən məhdudlaşdırılacaq - SİYAHI
Muğanlı-İsmayıllı yolunda mühafizə zolağında sürüşmə olub - AAYDA - VİDEO










