Ceyms Bondun avtomobili hərraca çıxarılır

Fevralın 18-də Londonda "Christies" hərrac evi "007: Spektr" filminə həsr olunmuş tematik hərrac təqdim edəcək.
Avtosfer.az buro247.az-a istinadən bildirir ki, ümumilikdə satışa 24 əşya çıxarılacaq. Top-lotların arasında xüsusi olaraq film üçün hazırlanmış Aston Martin DB10 avtomobili də var. Avtomobildə Deniel Kreyqin şəxsən imzaladığı xüsusi lövhəciklər də yer alıb. Maşının dəyəri 1,15 milyon funt sterlinq arasında dəyişir. Hərracın daha bir top-lotu Kreyqin Bond rolunda oynayarkən taxdığı "Omega Seamaster 300" qol saatı olacaq. Eləcə də, filmdə Kyu rolunda Ben Uişounun istifadə etdiyi noutbuk, günəş eynəkləri, taxma düymələr də yer alıb.
Məlumat üçün bildirək ki, sərgilənən lotların satışından əldə edilən vəsait xeyriyyə məqsədlərinə, o cümlədən "Sərhədsiz həkimlər" və minaların təmizlənməsi üzrə BMT Xidmətinə (UNMAS) yönəldiləcək.
Dünyada ən çox avtomobil istehsal edən ölkələr açıqlandı – SİYAHI
“Sea Breeze”dən “28 May”a, Bibiheybətdən “Əhmədli”yə – Bakıda tramvay planı
Magistral yollarda geriyə dönmə imkanları artırılmalıdır – TƏKLİF
Sürücüləri NƏZƏRİNƏ: Bu yollarda tıxac var - SİYAHI
Azərbaycanda cəhalətin təbliğ olunmasına bəzi məmurlar ərvac verir – FAZİL MUSTAFA
Məcburi dayanma etməli olan sürücü hansı qaydalara əməl etməlidir? - EKSPERT
Uşaqlara sosial şəbəkələrdə yaş məhdudiyyəti necə həyata keçiriləcək? - AÇIQLAMA
Bakının küçələrində piyadalar üçün nələr dəyişməlidir? – TƏKLİF
Azərbaycanda Instagram və TikTok-a giriş BAĞLANDI - Nə baş verir?
Həftəyə tıxacla başladıq - SİYAHI
Ukraynada seçkilər keçiriləcək - ZELENSKİ AÇIQLADI












