“Ceyranbatan yolu”nda 160-la avtomobil idarə edən sürücü saxlanıldı - VİDEO

Abşeron rayonunda avtomobili yüksək sürətlə sürən şəxsin kimliyi müəyyənləşib.
Avtosfer.az xəbər verir ki, Bakı-Sumqayıt şosesində yol hərəkəti qaydalarını kobud şəkildə pozan sürücü görüntüləri özünün sosial şəbəkə hesabında paylaşıb. Yayılan görüntülər əsasında redaksiyamız Baş Dövlət Yol Polisi İdarəsinə sorğu ünvanlayıb. Sorğu əsasında idarənin apardığı araşdırmalar nəticəsində sürücünün şəxsiyyəti məlum olub.
Belə ki, 77-DF-862 qeydiyyat nişanlı “Opel” markalı avtomobilin sürücüsü Fəqan Bəbəşov Bakı-Quba yolunun 15.5 kilometrliyində, Abşeron rayonu ərazisində sürət limiti 90 kilometr-saat olan yolda 160 kilometr-saat sürətlə hərəkət edib.
Sürücü Baş Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidməti alayının əməkdaşları tərəfindən saxlanılıb. Sürücü törətdiyi əməli etiraf edib və törətdiyi əməldən peşman olduğunu bildirib.
Fəqan Bəbəşov barəsində yol polisi tərəfindən müvafiq qaydada inzibati tədbir görülüb.
Səfər
Sosial şəbəkələrdə “1200 manatlıq” tələ – XƏBƏRDARLIQ EDİLDİ
FHN əhaliyə müraciət etdi - Yanğın təhlükəsizliyinə riayət edin!
Son günlər yayılan bu görüntülər hər kəsi narahat edir – Yollarda təhlükəli trend - VİDEO
Yağıntılar intensivləşəcək, şimşək çaxacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
Qarşıdakı 6 günün havası ilə bağlı XƏBƏRDARLIQ
Bakıda 42 ünvanda hərəkət qismən məhdudlaşdırılacaq - SİYAHI
Muğanlı-İsmayıllı yolunda mühafizə zolağında sürüşmə olub - AAYDA - VİDEO
21 Mart - Beynəlxalq Novruz Günüdür
Elektrikmobillərini binalarda şarj edənlərə XƏBƏRDARLIQ
Prezident Novruz bayramı münasibətilə paylaşım etdi - FOTO
Dizellə bağlı rəsmi məlumat










