Ceyranbatan yolunun təmiri niyə gecikir? – AÇIQLAMA

Bakı-Quba avtomobil yolunun Ceyranbatan qəsəbəsindən keçən hissəsində uzun müddətdir ki, təmir-bərpa işlərinin aparılması sürücüləri və sakinləri narahat edir.
Avtomobil yolunun Bakı istiqamətinə doğru 1 km-lik ərazisində aparılan təmir işləri artıq neçə aydır ki, həmin istiqamətdə hərəkət edən avtomobillərin bir zolaqdan hərəkət etmələrinə səbəb olub. Və bu bəzən uzun tıxaclara səbəb olur.
Bəs, yol təmirinin gecikdirilməsinə səbəb nədir və yol nə zaman istifadəyə verilə bilər?
Avtosfer.az xəbər verir ki, bu barədə "Azəravtoyol" ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli qaynarinfo.az-a açıqlamasında bildirdi ki, yol təmiri işlərinin tez bir zamanda istifadəyə verilməsinə dair işlər görülür:
"Bu yolda ümumiyyətlə, drenaj sistemi yox idi. Hazırda yolun drenaj sisteminin qurulması idi və bu işlər yekunlaşmaq üzrədir. Yol təmirinin gecikməsinin bir sıra səbəbləri var. Hazırda həmin problemlərin aradan qaldırılması istiqamətində addımlar atılır. Yolun tam istifadə verilməsi ilə bağlı dəqiq vaxt deyə bilməyəcəm. Hava şəraitindən də çox şey asılıdır. Ancaq çalışırıq ki, tez bir zamanda yol istifadəyə verilsin. Biz də bilirik ki, yolda aparılan təmir işləri nəqliyyatın hərəkətində maneələr yaradır. Ən çətin mərhələ drenaj sisteminin qurulması idi. Artıq yekunlaşmaq üzrədir. Bundan sonra 1 km-lik hissəsinə 28 sm qalınlığında monolit-beton töküləcək".
Sumqayıtda tikinti normaları pozulur, yaşıllıq qırılır, səki məhv olunur – ŞİKAYƏT - VİDEO
Bu küçənin bir hissəsində hərəkət qismən məhdudlaşdırılacaq - Sürücülərin diqqətinə!
“Lukoyl”da məhdudiyyət - Voloqdada maksimum 30 litr benzin almaq olur
İlham Əliyev dövlət qulluqçularını təltif edib - SİYAHI
Çimərliklərdə görünməyən ölüm tələsi - Bu məqamlara DİQQƏT EDİN!
Rusiya-Ukrayna müharibəsində cəbhələr niyə dəyişib? - AÇIQLAMA
Yumurtanın 1 qəpiyə satılmasının arxasında hansı strategiya dayanır? - İQTİSADÇI
Azərbaycanda elektrikli nəqliyyatın dönüşü; bir əsrlik tarix yenidən canlanır – EKSPERT
Paytaxtın hansı küçələrində sıxlıq müşahidə olunur? - FOTO
Bu ərazidə yaşayanların DİQQƏTİNƏ! - İki marşrutun hərəkət istiqaməti müvəqqəti dəyişdirilir
Bakıda avtobus sürücülərinin özbaşınalığı CAN ALIR










