"China Daily": Azərbaycan “İpək yolu”nun əsas hissələrindən biridir

Dünyanın strateji nöqtəsində yerləşən Azərbaycan Avropa ilə Asiyanı birləşdirən nəqliyyat marşrutunun inkişafı üçün böyük potensiala malikdir. Avtosfer.az trend-ə istinadən xəbər verir ki, bu barədə “Eurasia Media Network” və “The Caspian Times” media-şəbəkəsinin baş redaktoru Malik Eyyub Sambal “China Daily Europe” nəşrində yer alan məqaləsində yazır. Müəllif qeyd edir ki, Xəzər sahilində yerləşən və təbii resurslarla zəngin olan Azərbaycan Asiya ilə Avropanı birləşdirən “İpək yolu” iqtisadi marşrutunda əsas hissələrdən biridir. “Qədim “İpək yolu” zamanlarından bəri Azərbaycan bu dəhlizin əsas hissələrindən olub. Belə ki, eramızdan əvvəl 206-cı Roma İmperiyası ilə Çin arasında yerləşən ilk ticarət marşrutu Azərbaycan ərazisindən keçirdi”. Məqalədə qeyd olunur ki, Çinin regionda ticarət marşrutlarının inkişafı ilə bağlı nəqliyyat, ticarət, istehsalat sahələrinə milyardlarla dollar investisiya yerləşdirilməsini nəzərdə tutan irimiqyaslı layihələri mövcuddur.
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI












