Ciddi nöqsanlara yol verilən sürücülərlə müqaviləyə xitam verildi

Bakı Beynəlxalq Avtovağzalı işində yol verdiyi ciddi nöqsanlara görə bir neçə sürücü ilə müqaviləyə xitam verib.
Avtosfer.az xəbər verir ki, bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Nəqliyyat Nazirliyi Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin (DANX) İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Şəfa Mehmanqızı bildirib.
Şöbə müdirinin sözlərinə görə, sərnişinləri biletsiz və ya baha qiymətə daşıdıqlarına, insanlarla rəftarda kobudluq etdiklərinə və digər qanunsuzluqlara yol verdiklərinə görə son 2 ayda 6 sürücü ilə müqaviləyə xitam verilib.
Onların arasında Avtovağzalın öz sürücüləri ilə yanaşı, özəl şirkətlərin sürücüləri də var: “Biz tərəfdən sürücülərə ciddi nəzarət var. Əgər sərnişinlər sürücülərlə problemlərinin yaranmamasını, eləcə də mənzil başına rahat və qanunauyğun şəkildə çatmasını istəyirlərsə, onlar da bizə kömək etməlidirlər.
Axı hər sürücünün başının üzərində bir nəzarətçi saxlamaq mümkün deyil. Sərnişinlər də biletləri vaxtında yalnız kassalardan almalı və qarşısına çıxan neqativ hallar barədə dərhal nəzarətçilərə məlumat verməlidirlər.
Belə olsa, getdikcə məsələlər qaydasına düşəcək. Hər halda biz mövcud problemlərin həlli üçün digər tədbirlərin də görülməsini planlaşdırırıq”.
Təcili xidmətlər vahid nömrədə birləşdirilsə, operativlik artacaq – DEPUTAT
YAP-dan türkiyəli siyasətçilərin açıqlamalarına CAVAB
Vahid məktəbli forması ilə bağlı ibrətamiz TARİXİ NÜMUNƏ – AÇIQLAMA
Dünyada ən çox avtomobil istehsal edən ölkələr açıqlandı – SİYAHI
“Sea Breeze”dən “28 May”a, Bibiheybətdən “Əhmədli”yə – Bakıda tramvay planı
Magistral yollarda geriyə dönmə imkanları artırılmalıdır – TƏKLİF
Sürücüləri NƏZƏRİNƏ: Bu yollarda tıxac var - SİYAHI
Azərbaycanda cəhalətin təbliğ olunmasına bəzi məmurlar ərvac verir – FAZİL MUSTAFA
Məcburi dayanma etməli olan sürücü hansı qaydalara əməl etməlidir? - EKSPERT
Uşaqlara sosial şəbəkələrdə yaş məhdudiyyəti necə həyata keçiriləcək? - AÇIQLAMA
Bakının küçələrində piyadalar üçün nələr dəyişməlidir? – TƏKLİF












